"Azərbaycan xalqı prezident seçkilərində böyük fəallıq göstərdi".
APA-nın xəbərinə görə, bunu Böyük Britaniyanın Lordlar Palatasının üzvü David Evans prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında deyib.
O bildirib ki, Böyük Britaniya müşahidə missiyası 7 seçki məntəqəsinə baş çəkib:
"Məntəqələrdə səsvermə prosesi yaxşı təşkil olunmuşdu".
Britaniyalı müşahidəçi qeyd edib ki, seçki prosesinin idarə olunması bütün seçki məntəqələrində eyni olub:
"Biz seçki məntəqələrində olanda proseslər açıq və şəffaf keçirilmişdi".