"Prezident seçkiləri tam şəffaf və azad şəraitdə keçib".
APA-nın xəbərinə görə, bunu Qazaxıstan Senatının üzvü Abdalı Nuraliyev prezident seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bildirib.
Senat üzvü deyib ki, onlar bir neçə seçki məntəqəsində müşahidə aparıblar:
"Həqiqətən böyük təşkilati iş aparılmışdı. Hər yerdə gözəl ab-hava var idi. Səsvermənin normal mühitdə keçirilməsi üçün lazım olan bütün tədbirlər görülmüşdü".
O qeyd edib ki, səsvermə prosesini izlədikləri seçki məntəqələrində səsvermə qanuna uyğun keçirilib və qanun pozuntusu aşkarlanmayıb.