https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

Madonna Obamanı qaradərili müsəlman adlandırdı (VİDEO)

Madonna Obamanı qaradərili müsəlman adlandırdı (VİDEO)

Dünya şöhrətli müğənni Madonna Vaşinqtondakı konsertində amerikalıları qarşıda gələn prezident seçkilərində hazırkı dövlət başçısı Barak Obamaya səs verməyə çağırıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, müğənni çıxışı zamanı Obamanı qaradərili müsəlman adlandırıb: “Çox gözəldir ki, “Ağ Ev”də afroamerikalı qaradərili müsəlman var. Bu isə o deməkdir ki, bizim bu ölkəyə ümidlərimiz hələ qalır. Bu adamı siz də dəstəkləyin”.

Xatırladaq ki, “Ağ Ev” Obamanın xristian dinində olduğunu və ayinlərdə iştirak etdiyini dəfələrlə bəyan edib. Buna baxmayaraq ABŞ prezidentinin atası və babası İslam dininə etiqad göstərir. Tam adı Barak Hüseyn Obama olan amerikalıların indiki rəhbəri isə İndoneziyada uşaqlıq illərinin böyük bir hissəsini onlarla keçirib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.