Brayan Krjaniç Intel şirkətinin yeni baş direktoru olacaq.
O, bu vəzifədə şirkətə səkkiz il rəhbərlik etmiş Pol Otellinini əvəz edəcək. Öz xahişi ilə istefa verən P.Ottelinin şirkəti tərk edəcəyi 2012-ci ilin noyabrında elan edilmişdi.
Lenta-nın məlumatına görə, yeni rəhbər vəzifəsini Intel-in səhmdarlarının mayın 16-da keçiriləcək yığıncağında tutacaq. Həmin gün şirkətin yeni prezidenti xanım Rene Ceyms də vəzifə səlahiyyətlərinin icrasına başlayacaq.
B.Krjaniç 30 ildən çoxdur Intel-də çalışır. O, 1982-ci ildə Intel-in istehsal müəssisəsində idarəedici vəzifəsinə qəbul edilib. 2012-ci ilin yanvarından B.Krjaniç əməliyyat direktoru vəzifəsini tutub.
O, Intel-in tarixində say etibarilə altıncı baş direktor olacaq.