../img/pics/medium/142071_2u4qlzigan.jpg Fenomenal təfəkkür sahibi
../img/pics/medium/142062_pg2g7ftvli.jpg Üzeyir Hacıbəylinin zəngin elmi irsinin yeni nəşri
../img/pics/medium/142063_a04c2za0y3.jpg Şərəfli yazıçı ömrü
../img/pics/medium/142061_nacp1oolv0.jpg Sən(in) olan şəhər - Şahnaz Şahin
SON XƏBƏRLƏR
19 Sentyabr 2019
18 Sentyabr 2019

"Roma"nın oyununda: əvvəl və sonra

“Qarabağ”a və “canavarlar”a həsr olunur

"Roma"nın oyununda: <b style="color:red">əvvəl və sonra </b>

Aydın BAĞIROV
[email protected]

Sonrasında italyanların xarizmatik baş məşqçisi Eysebio di Françeskoya bizim "Qarabağ"la bağlı sual ünvanlamışdım. Mətbuat konfransının keçirildiyi zala girəndən uşaq kimi ancaq gülən (deyəsən, bu, onun ənənəvi halıdı) "Roma"nın çalışdırıcısının 1-2 saniyəlik də olsa mimikası dəyişib qorxulu ciddi bir hal almış, amma sual yekunlaşanda o təbəssüm yenidən onun üzünə qayıtmışdı.

Sual nə idi və o di Françeskonu niyə bir anlıq həyacanlandırmışdı? Bunu yazının sonlarına yaxın qeyd edəcəyəm. Hələlik biz gedək əvvələ...

Əvvəl nə olmuşdu?

Bu olmuşdu ki, şərti adı komisar Katani olan zabitin rəhbərliyi ilə 2 polis maşını bizi - bir qrup azərbaycanlı jurnalisti oteldən məşhur Olimpiya stadionuna aparmışdı. Hə, nəhəng "Barselona"nın dünən "Roma" qarşısında diz çökdüyü həmin stadiona... Necə aparmışdı? Bax, işin ən maraqlı, indi yadıma düşəndə qorxulu tərəfi də elə budu.

Əgər baxmısınızsa, bir anlıq italyanların məşhur "Sprut" filmini yadınıza salın. Orda komissar Katani neyniyirdi? Öz polis komandasını 2-3 maşına yığıb axtardığı mafioz cinayətkarları tutmağa gedirdi. Amma necə gedirdi? O dar küçələrdə, o qədər maşının əhatəsində heç “Formula 1”in Şumaxer, Luis Hamilton kimi əjdahaları maşını elə sürə bilməzdilər. Amma komissar Kataninin komandası sürürdü. Bax, elə "bizim" Katanimiz də elə edirdi... Sirenanın dayanmaq bilməyən səsinın sədası altında Romanın mərkəzi küçələrinin uzun tıxaclarını aça-aça deyil, yara-yara da deyil, az qala dağıda-dağıda bizi o stadiona aparırdı.

Hə, o başqa məsələ ki, polis eskortu Roma küçələrində şütüyərkən biz jurnalistlərdən kimisinin qorxudan az qala ürəyi dayanırdı, kimisinin qapqara rəngi qaçıb ağappaq olurdu. Amma əvvəl-axır biz hamımız o stadiona sağ-salamat gedib çatmışdıq.

Və stadiona çatanda "Komissar Katani" üzünü bizə çevirib, doğma italyancasında, bizim çoxumuzun başa düşmədiyiniz dildə gülərək nəsə deyəndə ona elə həmin "Sprut" filmindən yaddaşımın bir küncündə ilişib qalan sözlərlə cavab vermişdim:

- Grazie, senyor!

“Təşəkkürlər, cənab” anlamına gələn bu sözü söyləyib “Roma”nın Olimpiya stadionuna ayaq basanda indiyədək heç bir idman arenasında görmədiyim unudulmaz bir mənzərə ilə rastlaşmışdım. Həmin mənzərəni sözlərlə ifadə etməyəcəm, videosunu paylaşıram, baxın və həzz alın. Çempionlar Liqasının bütün oyunlarından əvvəl italyan musiqiçilər öz qonaqlarını belə heyrətamiz qonaqpərvərliklə qarşılayırlar. Çempionlar Liqasının o əzəmətli himni ilə...

Sonra bu himnin orijinal versiyası stadionun özündə səslənəcəkdi. Və o himn təkcə “Roma”nın deyil, həm də bizim “Qarabağ”ın şərəfinə səslənirdi.

Şərəfdən söz düşmüşkən.

Uduzanda da şərəflə uduzmağı bacarmaq lazımdı. Bizim “Qarabağ” elə həmin “Roma”ya hər iki oyunda uduzmuşdu. Amma necə uduzmuşdu? Şərəflə, ləyaqətlə! Sözgəlişi sözlər deyil, əlbəttə. Payını götürən götürə bilər. Heç nədən komanda yaradıb, Çempionlar Liqası kimi yarışda nəhəng klublarla bir sırada durmaq Azərbaycanın olmayan futbolunun səviyyəsində hər klubun, hər məşqçinin, hər futbolçunun bacarığı və istedadı deyildi.

Ona görə də...

... “Qarabağ”ın qədrini bilin!

... Qurban Qurbanovun qədrini bilin!

... Rəşad Sadıqovun qədrini bilin!

Dünənki “Roma” – “Barselona” oyununa, o oyunun səviyyəsinə, nəticəsinə baxın, görün, kimlərlə və necə oynayıb, “Qarabağ”.

Həmin “Roma” ilə elə həmin stadionda “Qarabağ” oynayıb uduzandan sonra Eysebio di Françeskoya sualımda belə bir replika vardı: “Sizin qrupdan 1/8 finala çıxmağınızda “Qarabağ”ın da bir balaca rolu oldu”. Tərcümə zamanı bunu eşidən italiyalı bir balaca tutuldu. Amma əlbəttə, sual hələ verilməmişdi: “Nəyə görə rolu oldu? Çünki “Qarabağ” əsas rəqiblərinizdən “Atletiko” ilə hər iki matçda xal aldı və Madrid klubunun 4 mühüm xal itirməsi bütün proqnozları alt-üst etdi. Nəticədə onlar deyil, komandanız “Roma” 1/8 finala çıxdı. Bu mənada, sizin bu yarışa ilk dəfə qatılan “Qarabağ” barədə düşüncələriniz necədi?”

Və onda da Françesko “Çelsi” ilə ilk oyundakı acınacaqlı (0:6) məğlubiyyəti çıxmaqla bizimkilər barədə yüksək fikirlər söyləməyə başladı, “Qarabağ”ın gözəl bir komanda olduğunu dedi, “Atletoku”nun Ağdam klubu ilə oyunlarda xal itirməsinin onlar üçün böyük əhəmiyyət daşıdığını etiraf etdi.

Hə, futbolun bax, belə tərs üzü də var: kimsə kiminsə ona yuxarıdan aşağı baxmağını bağışlamır. “Qarabağ” “Atletiko”nu, “Roma” da “Barselona”nı bağışlamadığı kimi...


 
MÜƏLLİFİN DİGƏR YAZILARI
Yüksələn Yüksələn "Qarabağ", enən "Neftçi"... - Aydın Bağırovun yazısı
Dörd oyun, dörd qələbə, on iki xal. Komanda on qol vurub, bir qol belə buraxmayıb....
18.09.19
“Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov “Qarabağ” on nəfərlə oynadı - Aydın Bağırov
Kiprdəki oyundan iki gün sonra Rəşad Sadıqova telefon söhbətimdə deyəndə ki, sizə uduzduqdan sonra APOEL baş məşqçisini istefaya göndərib və yerinə də bir zamanlar “Borussiya” Dortmundu çalışdıran...
14.08.19
Bizim “Çelsi”... - Aydın Bağırov yazır Bizim “Çelsi”... - Aydın Bağırov yazır
“Arsenal”la “Qarabağ”ın Londonda keçirilən oyunun sonlarında yaşanan təxribat yadınızda qalıb? Bir erməni gənc Dağlıq Qarabağın separatçı rejiminin “bayrağı” ilə meydana daxil olaraq, onu açmağa...
27.05.19
UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır UEFA mötəbər finalı niyə Bakıya saldı? - Aydın Bağırov yazır
Son günlər Avropa Liqasının Bakıda keçiriləcək final oyunu ilə əlaqədar mediadakı siyasi müzakirələrdə bir neçə fakt qarşıma çıxmadığı üçün bu məsələyə toxunmalı olacam. Belə görünür ki,...
13.05.19
"Qarabağ"ın Anayasası - Aydın Bağırov yazır
2004-cü ilin ortalarında Tahir Gözəlin iştirakı ilə "Qarabağ" rəhbərliyinin keçirdiyi mətbuat konfransında maraqlı bir hadisə yaşandı....
12.05.19
Bakı finalına 30 min azarkeş gəlir Bakı finalına 30 min azarkeş gəlir
Avroliqanın Bakı finalında (29 may) böyük ehtimalla "Arsenal" və "Çelsi" üz-üzə gələcək. Yəni London derbisi bu dəfə Azərbaycan paytaxtında olacaq. ...
05.05.19
"Ayaks" və biz - Aydın Bağırov yazır
Əvvəlcə bu adlara diqqətlə fikir verək. Coel Veltman 27 yaş, Deyli Blind 29 yaş, Nussair Mazraui 21 yaş, Donni van de Bek 22 yaş və nəhayət, Matteys de Liqt - cəmi 19 yaş və kapitan! ...
19.04.19
Allah vergisi... - Aydın Bağırov yazır Allah vergisi... - Aydın Bağırov yazır
Bəzən futboldan doyanda üz tutduğum başqa bir idman növü olur - peşəkar boks. Futbol qədər olmasa da, hər halda həm populyarlığına, həm də kommersiya gəlirlərinə görə peşəkar boksun döyüşləri...
17.04.19
Qurban Qurbanov getməlidimi?.. Qurban Qurbanov getməlidimi?..
Danışıb tənqid etdik, tənqid etməkdə də davam edirik. Haqlı o qədər məqam var ki... Niyə bu vəziyyətə düşdü "Qarabağ"? Günahkar axtarırıqsa, uzaq məsafədən uşaqcasına qol buraxan qapıçı da...
30.11.18
Maltadan Bakıya qayıdanda... Maltadan Bakıya qayıdanda...
Millimizlə 1:1-lik heç-heçədən sonra Malta millisinin baş məşqçisi Rey Farruciya mətbuat konfransına sevinclə elə daxil oldu ki, sanki onlar bizim timsalımızda zəif komandadan deyil, az əvvəl son dünya...
11.09.18
Dani Kintananın əsaları Dani Kintananın əsaları
Elə ki, hakim oyunun bitdiyini elan etdi, o, oturduğu texniki zonadan qalxaraq hamı kimi meydana - komanda yoldaşlarının üzərinə yürüyüb "Qarabağ"ın Avroliqanın qrupuna düşməsinin sevincini qeyd etmək...
31.08.18
“Qarabağ”a nə olub? “Qarabağ”a nə olub?
Bu sualın cavabına keçməzdən öncə diqqəti üzücü bir statistikaya yönəltmək istərdim. Qurban Qurbanovun rəhbərliyi altında 2009/10 mövsümündən başlayaraq “Qarabağ” qatıldığı 11 avrokubok...
26.08.18
Cənubi koreyalılar haqda... Cənubi koreyalılar haqda...
Moksvanın mərkəzindəki lüks restoranlardan birindəyik. İyunun 13-dü. Bu gözəl məkanda bizi “KİA Motors” şirkətinin nümayəndələri qarşılayır. Və elə bu qarşılanma mənim fikrimi bir anlıq da olsa...
16.07.18
Vicdan məsələsi Vicdan məsələsi
Əvvəl komandası “Qarabağ” Sloveniyada “Olimpiya” ilə qarşılaşır, ertəsi səhər tezdən təyyarə onları Bakıya gətirir. Oyunun və səfərin yorğunluğu bir-birinə qarışıb. Bu vəziyyətdə, adətən,...
13.07.18
Moskva küçələrindən qeydlər Moskva küçələrindən qeydlər
Əvvəl pasportumu, dünya çempionatı üçün sənədlərimi, sonra məni diqqətlə nəzərdən keçirəndən sonra heç nə olmamış kimi sakit şəkildə deyir: ...
16.06.18
© 2012 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.