https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Toysuz qalan məşhurlar "food blogger"liyə başladılar

Toysuz qalan məşhurlar "food blogger"liyə başladılar

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə toy məclislərinin müvəqqəti təxirə salınması şou-biznes nümayəndələrini işsiz qoyub. Bu boşluqdan istifadə edənlər özlərini başqa sahələrdə sınamağa başlayıblar.

Axşam.az xəbər verir ki, sənət adamlarının bir qismi isə bloqerliyə keçiblər. Bu ərəfədə "food blogger" olan sənət adamları kimlərdir?

Müğənni Sevda Sanəliyevanın əvvəl şirniyyat biznesi var idi. Müğənni özü bişirib, satırdı. Bir ara işlərinin çoxluğundan ifaçı biznesini bağlamışdı. Karantin dövründə isə Sevda yenidən şirniyyatlar bişirib, bölüşməyə başladı. Bu dəfə isə müğənni "Youtube" kanalı da açıb. Hazırladığı salat, yemək və şirniyyatları izləyiciləri ilə bölüşən sənətçi "food blogger"liyə başlayıb.

Müğənni Xatirə İslam da bu günlərdə yemək bişirmək həvəsinə düşüb. Sənətçi hətta özü üçün İnstaqram səhifəsi açaraq "Xatirənin yeməkləri" adını qoyub. "Tezliklə yemək rubrikalarım olacaq. Öz yeməklərimi bölüşəcəm", - deyə, Xatirə paylaşımında yazıb.

Yemək bişirmək sevdasına düşən digər məşhur isə aktrisa-aparıcı Xuraman Əlizadədir. Sənətçi hər gün piroqlar, müxtəlif tortlar bişirərək video çəkib paylaşır.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.