Ramil Səfərovun qaytarılması ilə əlaqədar Azərbaycanın Macarıstandakı səfirliyinin ünvanına hədə-qorxular əks olunmuş məktublar daxil olur.
Bu barədə APA-ya Azərbaycanın Macarıstandakı səfirliyinin ikinci katibi Eldar Əliyev məlumat verib.
O bildirib ki, daxil olan son məktubda səfirlik əməkdaşlarının adları da çəkilir:
“Macarıstan və Azərbaycanın müvafiq orqanları bu faktlardan xəbərdar edilib. Hədə-qorxulara baxmayaraq, səfirlik gücləndirilmiş mühafizə altında adi rejimdə işini davam etdirir”.