Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasına qadağan olunmuş vasitələrin keçirilməsinin qarşısı alınıb.
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 180.2.1, 180.2.3, 180.2.4 və 180.2.5 maddələrinə əsasən həbs edilmiş şəxs Asif Hafiz oğlu Nadirova Rauf Nurəddin oğlu İbrahimovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman qara rəngli idman çantasının alt hissəsinin kartonuna kustar üsulla yerləşdirilmiş, daxilində danışıq kartı olmayan bir ədəd “Nokia” markalı mobil telefon aparatı və iki ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.
Fakt üzrə araşdırma aparılır.