
2013 – cü il “Qızıl Kəlmə” mükafatını şeir bölməsi üzrə qazanan şair Elçin İsgəndərzadənin mükafat almış kitabı haqqında düşüncələri yazarkən maraqlı bir faktla üz-üzə qaldım : bütün epitetləri ilə ağıl almaz dərəcədə geniş bioqrafiyaya malik olan şair Elçin İsgəndərzadə haqqında “QOOQLE” deyilən bir axtarış saytına girdim və nə görsəm yaxşıdır : bu yaradıcı və ziyalı haqqında Türkiyənin məhşur “GÖLCE” saytında 81 min işarətdən ibarət olan bir bioqrafik məlumat var. 81 min işarət!!! Bu bioqrafik məlumat 33.829 hərfdən ibarətdir. Bu isə həftə sonu çıxan qəzetin təxminən 4 səhifəsi deməkdi. Burdan belə məlum olur ki, şair və alim Elçin İsgəndərzadənin bu vaxta kimi 13 ELMİ KİTABI, müxtəlif janlarda 81 ƏDƏBİ-BƏDİİ KİTABI, BİZİM DİLƏ və ƏLİFBAMIZA AXTARDIĞI 118 KİTABI VAR !!!!!!!!!!!!!!
Bu məlumat və bilgilər 2011-ci ilə aiddir. Şəxsi yaradıcılıq üçün zəngin bir kitabxana!!!!!!!!
“Qızıl Kəlmə” mükafatı laureatı ədəbiyyatın bir neçə növü üzrə verilsə də, mənə elə gəlir ki, şeirə verilən mükafat o birilərdən tamamilə fərqlənir və ədəbiyyatçılardan çoxu məhz bu janr üzrə mükafat almağı daha münasib bilirlər.Bu ondan irəli gəlir ki, demək şeir fəhmi hələ də bizim içimizdə möhkəm yer tutmaqdadı.Və həqiqətən də şeirin dadı artıq laxtalansa da bəzən bunu sağaldan və sağaltmağa çalışan şeir düşüncəsini ortaya qoyan kitablar da diqqəti çəkməkdədir.
Yaşadığımız ilin dövlət mükafatını bizim və şəxsən mənim çox böyük simpatiyam olan bütün epitetlərdən yuxarıda duran bir ziyalı, bir şair aldı ki, buna sevinməmək mümkün deyildi. Dəbdə olduğu kimi doğrudur bu mükafat da o biriləri kimi iki şair arasında bölündü və o şairlərin dəsti-xətti bir-birindən çox fərqli oduğu kimi, bunu dəyərləndirənlər də məhz bu baxımdan fərqli qələm sahiblərini götürdüklərini səhv etməmişdilər.
Bir daha və indi mən Elçin İsgəndərzadə kimi bir türksevər və məncə əsl mənada mənim başa düşdüyüm türk sedalısı olan ( bu onun şəxsi işidir) bir ziyalı “Qızıl Kəlmə” mükafatına layiq görülən kitabını mənə verdikdə bir vaxtlar onun haqqında yazdığım yazıdan qeyri-ixtiyari aşağıdakı sətirlər boy verib göründü:
“...əgər türk ədəbi camiəsi və həm də hamısı yox, bir-birini sevən ədəbiyat insanları təbii, ən çox da Türkiyə tərəfinin ədəbi camiəsini deyirəm, bizim hər bir ədəbiyyatçımızın gördüyü işin yüzdə əllisini orada, o gözəl məmləkətdə görsələr bizim bağıra-bağıra dediyimiz bəzi şeylər doğrudan da həqiqət ola bilər.Onlardan biri də İYİRMİNCİ ƏSRİN TÜRK ƏSRİ olması məsələsidir ki, mən hələ uzun illər Türkiyədə olduğum zamanlarda bu ifadəni çox sıx eşitdim və güman edirəm ki, mənim bədbinliyə qapılmağım heç də o əsas vermir ki, bu doğrudan da ola bilməz.
Bunun əksi olaraq OLA BİLƏR ifadəsinin gücünü bizim ədəbi camiəmizin gördüyü işlərin həcminə əsasən demək mümkündü və Azərbaycan ədəbi camiəsi ta ki 1960-cı illərdən bu işin içindədir, altmışlardan və daha irəlilərdən bizim ədəbi ictimaiyyətimizin gördüyü işlər həmişə Türkiyə ictimaiyyətindən çox-çox irəli getmiş durumdadır ki, bu da bizim hər birimizin daha çox yandığımızın bir sübutudur. Yox, buna yanmaq demək azdır, bizim hər ədəbi insanımız bu günkü Türkiyə ilə ilişkisini, əlaqəsini o qədər candan eləyir ki, insan öz etdiklərinin bəhrəsini görməyəndə pisikdiyi üçün, onlardan bu işdə heç bir qayğı-mayğı güdməsə də demək olar ki,öz işlərinə davam edirlər.
İndi təbii ki, görülən işlər bir çox zaman maraqdan çox-çox qırağa çıxır və ayrı-ayrı təşkilatlar tərəfindən qiymətləndirilir. Qollarına qüvvət deyək belə yerdə.
Bu dəyərləndirmələrdən biri də məhz bizim çox tanınmış, çox qayğıkeş və son dərəcə müsbət işlərlə məşğul olan ziyalı şairimiz və VEKTOR BEYNƏLXALQ ELMİ MƏRKƏZİN sahibi Elçin İsgəndərzadənin gördüyü işlərdi ki, bu yaxınlarda internetdə oxuyanda ki,onun əməyi dəyərləndirilmiş və ona TÜRK DÜNYASINA XİDMƏT MÜKAFATINI vermişlər, inanın ki, çox sevindim.”
Belə bir ovqatda daha bir gözəl xidmətin nəticəsi olaraq Elçin İsgəndərzadənin mükafat alan kitabını oxudum bu günlərdə və bu kitab haqqında yazmağa qətiyyən çətinlik çəkmirəm.Amma çox böyük dəyər verdiyim və yazılarını sevə- sevə oxuduğum,ziyalılığına da böyük sayğı duyduğum ədəbiyyatşünas Arif Əmrahoğlunun həmin kitaba Ön sözü həmən diqqətimi çəkdi və indi artıq bu ön sözlər dəbdən düşdüyü bir vaxtda Elçin müəllim öz kitabını məhz belə bir tənqidçinin sözləri ilə açmasına tamam bir anlam verdim. Arif müəllim hər yazarın və qələm adamının kitabına və haqqında söz deməz və Elçin müəllimin kitabındakı şeirlər onu tərpətməsəydi inanmıram o əlinə qələm alardı. Arif müəllim çoxşaxəli şeir mətnlərini çox böyük sayğı ilə oxumuş və buradakı mətnləri diqqətlə izləmiş olmalı ki, kitabdakı heç bir bölmə onun gözündən yayınmamışdır. Şairin özü haqqında ümumi və son dərəcə alimanə fikirlər söyləyən istedadlı tənqidçi daha sonra onun şəxsi məziyyətlərindən tutmuş,çoxşaxəli yaradıcılığına əsl araşdırmaçı münasibətini bildirmişdir. “ŞAİR SÖZƏ ƏMANƏT...” adlı Ön sözdə oxuyuruq:
“Ədəbiyyata xidmətin çoxsaylı yolları mövcuddu: kimi bədii sözü yaradır, kimi bədii sözü araşdırır, kimi bədii sözü sadiq oxucu kimi yaşadır, kimi bədii sözü mətn kimi ortaya çıxarır... Bütün bunların hamısını eyni vaxtda görməyə çalışanlar azdı, amma var. Onlardan biri də şair, nasir, tərcüməçi, araşdırıcı, təbliğatçı, imkanı daxilində xeyriyyəçi, dünyanın müxtəlif məkanlarında yaranan bədii söz arasına körpü salmağa çalışan Elçin İsgəndərzadədi.
Elçin İsgəndərzadə gələcəyini, taleyini, ömür yolunu, yaradıcılıq sahəsindəki fəaliyyətini təşkil etməyə çalışmayan ziyalılardan biridir. Daha doğrusu, o, adi həyatını yaşayır, şeirini yazır, nəşriyyatını işlədir, imkanı daxilində və gücü çatan dərəcədə müxtəlif insanlara yardım göstərir, çoxsaylı səfərlərə çıxır və çoxsaylı mükafatlar və s. alır. Adətən müxtəlif tip yaradıcı insanlar olur. Onlardan bir qismi iş görməklə, fəaliyyət göstərməklə kifayətlənir, “balıq bilməz, xaliq bilər” devizini əsas götürməklə görülən işlərin təqdiminə, təbliğinə önəm vermir. Bir sıra yaradıcı insanlar isə nəinki gördükləri, hətta görməyi planlaşdırdıqları işləri ictimai rəyə o dərəcədə sistematik, məqsədyönlü və sensasion şəkildə çatdıra bilirlər ki, bəzən formalaşdırılan imiclə konkret əməli fəaliyyət bir-birini tamamlamır.İmic formalaşdırmağa çalışmayan ziyalılardan biri kimi Elçin İsgəndərzadənin yuxarıda yığcamcasına sadaladığımız yaradıcılıqdan kənar fəaliyyəti bəzən onun şair imicinin hərtərəfli görünməsinə “mane” olur.
Son fikrə bir daha diqqət edək : imic formalaşdırmağa çalışmayan ziyalılardan biri kimi Elçin İsgəndərzadənin yuxarıda yığcamcasına sadaladığımız yaradıcılıqdan kənar fəaliyyəti bəzən onun şair imicinin hərtərəfli görünməsinə “mane” olur”.
Arif Əmrahoğlunun bu son fikirləri bizim ədəbiyyatımızda bir çox şairin və başqa yaradıcıların taleyinə yazılmış bir xatadı ki,bunu yalnız Arif Əmrahoğlu kimi tənqidçi görə bilər. Və üstəlik də bizim tənqidimiz bu mənasız və anlamsız xatadan qurtarmaq üçün ayamaların sayını artırır : şair publisist, şair tərcüməçi, şair yazar, şair dramaturq və sairə və sairə... Şairlik ayaması bizim heyrançı tənqidimizi o qədər məşğul edir ki,onlar ədəbiyyata böyük xidməti olan qələm sahiblərini görməzdən gəlir və ya yaradıcının keçmişini qısqanaraq yola davam edirlər.
ONLAR NƏ DEDİLƏR:YAVUZ BÜLENT BAKİLER (Türkiyə)
Azerbaycan şiir toprağı çok bereketli olan bir vatan. Azerbaycanda ömrünün bir devresinde şiir yazmayan veya şiire sevdalanmayan bir kimse bulmak kolay degildir. Azerbaycan Türkleri şiir və musikiyle doğup büyüorlar.Bu bakımdan şiir ve musiki,azerbaycan Türkünün adeta varlık sebebi.
Türkiyede “Aşık Edebiyatı” veya “Türk Halk Şiiri” denilince aklıma Sivas geliyor. Çünki,Sivas 450 civarında halk şairi yetiştiren bir şehrimiz.
Türk dünysında şiir denilince de Azerbaycanı hatırlıyorum. Zira biliyorum ki,Azerbaycanda her evde ya bir şair yaşamaktadır veya şiirle savrulup birisi vardır.
Şaşıracaksınız,ama gercek. Azerbaycanda tanıdığım ve dost olduğum kimseler bir süre sonra bana şiir kitaplarıyla çıkıp gelirler. Geçenlerde Azerbaycan türklerinden Karabağ asıllı genc bir ilim adamı tanıştım: Prof.Dr. Elçin İsgenderzade... Elçin İsgenderzade 1964 doğumlu. Demek o daha kırk yaşında bile degil. Ama ögrendim ki, sevgili dostumun sekiz şiir kitabı yayımlanmış.Benim kismetime onun son kitabı düştü.İskenderzade bu kitabını heca ve serbest veznle yazmış.Şair heca veznin sadece 4+3,4+4,6+5 veznleri kullanmış.Zevkle okuduğum bu genc şair bana bizim Milli Edebiyat şairlerimizden Mehmet Emin Yurdakul ile Faruk Nafız Çamlıbeli hatırlattı.
Mehmet Emin Yurdakul diyordu ki:
“Unutma ki,şairleri haykırmayan
bir millet
Sevenleri toprak olmuş
öksüz coçuk gibidir”.
Elçin İskenderzade “Vatan Türküsü” isimli şiirinde, milletine haykıran bir şair,milletine və hür dünyaya
Kaldır dögüş bayrağını
Naykır zafer sorağını ( müjdesini)
Ölsem Şuşa toprağını
Serpin gözüme- gözüme
Azerbaycanın en güzel şehirlerinden biri olan Şuşa 8 Mayıs 1992 yılında ermeniler tarafından işğal edildi. Sonra Laçin, Ağdere, Ağdam, Fizuli, Cebrayıl, Qubatlı, Zengilan gibi şehirler kısa aralıklarla ermenilerin eline geçti.Şuşadan önce Hankendi, Hocavend, Hadrud ve Kelbecer gibi şehirler rus ve ermeni kuvvetleri tarafından işğal edilmişdi.
(HƏR İKİ HİSSƏ DAVAM EDƏCƏK)
[email protected]
tofigabdin.com



