"Ermənistanda əhalinin müharibə istəməyən hissəsi Nikol Paşinyanı dəstəkləyir"
“525-ci qəzet”in 5 iyun sayında nələr var? - ANONS
Qapımızı döyən qlobal təhlükə
“Xoş halıma ki, Ağdamın ilk vokalisti olmaq mənim qismətimə düşdü” - VİDEO ANONS
Haqqımızda
|
Əlaqə
|
Mobil versiya
|
Köhnə 525
|
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
COP29
Mədəniyyət
İdman
Dünya
Qarabağ
Ədəbiyyat
Digər
"525" - 30
Müsahibə
Region
Rəsmi
Şou-biznes
525-ci qəzetə yubiley təbrikləri
"525" - 25
Faydalı
Media
Turizm
Maraqlı
Təhsil
Texnologiya
Son xəbərlər
5 İyun 2026
09:07
Tədris prosesi distant formada keçiriləcək məktəblərin siyahısı açıqlanıb
09:00
"Ermənistanda əhalinin müharibə istəməyən hissəsi Nikol Paşinyanı dəstəkləyir"
08:00
Məcburi köçkünlərə dövlət dəstəyinin yeni modeli
4 İyun 2026
22:13
"Bizi Azərbaycan yığması ilə çətin matç gözləyir"
22:00
“525-ci qəzet”in 5 iyun sayında nələr var? -
ANONS
20:55
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
20:38
KMBİ bankların adından saxta kredit səhifələri yaradan şəxsləri saxlayıb
19:26
Azərbaycan-İran ikitərəfli münasibətləri müzakirə olunub
19:14
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
18:59
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
18:38
Gənclər və idman naziri Neftçala və Salyan rayon sakinlərini qəbul edib
18:32
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib
18:19
Füzulidə 120 kq yararsız ət aşkarlanıb
18:11
Muxtar Babayev və Katrin Şneberger iqlim çağırışlarını müzakirə ediblər
18:00
Qapımızı döyən qlobal təhlükə
17:57
Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib -
VİDEO
17:54
“Uşaq dünyası” I Beynəlxalq Musiqi Festivalı başa çatıb
17:51
Bahar Muradova Şuşada vətəndaş qəbulu keçirəcək
17:48
Azərbaycan Belarusla qarşılıqlı ticarətin artım potensialını müzakirə edib
17:45
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:42
"Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil" -
Leonid Kuçma
17:36
Azərbaycan və Slovakiya KOB-ları yeni əməkdaşlıq imkanlarını araşdırır
17:33
Akademik İsmayıl Hacıyevin biblioqrafiyası nəşr olunub
17:31
Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
17:28
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
17:25
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə
təbrik ünvanlanıb
17:19
“Avropa Şəhərciyi-2026” -
Avropa İttifaqı Gəncədə
17:13
Keşlədə obyektdə yanğın söndürülüb -
YENİLƏNİB
17:07
Bir qrup din xadimi Qarabağ və Şərqi Zəngəzurdakı məscidləri ziyarət edib
17:00
“Əgər”lə yaşasaydım, bəlkə də nə bu yaşa çata, nə də bu peşənin sahibi ola bilərdim” -
Fəxrəddin Manafov
16:58
"Bir neçə ildən sonra repetitorluğun bir qədər səngiməsini müşahidə edəcəyik" -
Ekspert
16:54
Tehran keçid üçün deyil, Hörmüzdə xidmətlərə görə ödəniş tələb edəcək
16:50
"Bu cür uyğunsuzluqlar son nəticədə sürücü ilə sərnişin arasında narazılıq yaradır" -
Mütəxəssis rəyi
16:48
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
16:42
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
16:36
Onlayn sifariş edilən məhsulların tərkibinə diqqət yetirmək tövsiyə edilir -
DGK
16:31
Qazaxıstan Qəzzanın bərpasında iştiraka hazır olduğunu təsdiqləyib
16:25
Azərbaycandan Ermənistana 2500 tona yaxın dizel yanacağı göndərilib -
YENİLƏNİB
16:19
Azərbaycan BƏT ilə əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini müzakirə edib
16:13
ADSEA-ya məxsus "Monitorinqlərin Elektron İdarəetmə Sistemi" təqdim edilib
16:07
Heydər Əliyev prospektində qəza olub, sıxlıq yaranıb
16:00
"Tayvan siyasəti Esvatininin beynəlxalq təcridinə səbəb ola bilər” -
Çin XİN
15:54
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar
15:48
Firudin Qurbanov Belarusda bir sıra görüşlər keçirib
15:42
Aİ Ermənistana 50 milyon avroluq yardım paketi hazırlayır
15:36
"Müəllimlik missiyası yenidən formalaşır"
Təhsil eksperti
15:31
Vaqif Hüseynovun anadan olmasının 90 illiyi münasibətilə anım tədbiri keçirilib
15:25
Energetika naziri Ağdamda vətəndaşları qəbul edəcək
15:19
Deputat Elnarə Akimovanın maarifçilik layihəsi Sumqayıtda böyük maraq doğurdu
15:13
“Aİ Rusiyanın məhdudiyyətləri fonunda Ermənistana əlavə dəstək verəcək” -
Səfir
15:07
"ASAN xidmət" və IDEA uşaqlar üçün yay düşərgəsi layihəsini həyata keçirib
15:00
Vilayət Eyvazov Qazaxda vətəndaş qəbulu, Ağstafada sıra baxışı keçirib -
VİDEO
14:54
"Rəqəmsal keçid müqavimətlə qarşılaşır" -
Nəqliyyat ekspert
14:48
ABŞ Maliyyə Korporasiyası TRIPP şirkətinin yaradılmasını təsdiqləyib
14:42
“Xoş halıma ki, Ağdamın ilk vokalisti olmaq mənim qismətimə düşdü” -
VİDEO ANONS
14:36
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda, arpa və gübrə göndərilib -
YENİLƏNİB
14:31
Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək
14:25
ADY yayda daha sıx qrafiklə fəaliyyət göstərəcək
14:19
Ukrayna və Böyük Britaniya Bakıda əməkdaşlıq və təhlükəsizlik məsələlərini müzakirə edib
14:13
İqtisadiyyat Nazirliyinin nümayəndə heyəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak edir
14:00
"Bu Azərbaycanın qlobal arenada rəqəmsal çəkisini tənzimləyəcək" -
Mütəxəssis
13:58
ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib
13:52
"Fulhem"də baş məşqçi ayrılığı
13:40
Türkmənistanda Prezidentin rəhbərliyi ilə veloyürüş keçirilib
13:28
Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
13:17
Aqrar alim
Məmmədtağı Cəfərov-90
13:07
BMT TŞ-də təmsilçilik Qırğızıstanın sülh istiqamətində rolunu daha da artıracaq
13:00
Sabah 32 dərəcə isti olacaq
12:53
Bakıda yaşayış binasında yanğın olub
12:47
Tağlar mağarasında tapılan neandertal insan qalığı Yaponiyada analiz edilir
Son xəbərlərin davamı »
"Səhər görüşü"-
Marqaret NORRİS
Yazar
Oxunub:
2356
dəfə
a
-
A
+
16.12.12 22:45
ELÇİN
XX
əsrin
sonları
“
kütləvi
sənət
”
in
(
yaxud
“
kutlə
üçün
sənət
”
in
)
artıq
sabitləşmiş
janrlarını
yaratdı
:
film
-
dəhşət
,
roman
-
kataklizm
,
triller
,
vuruş
-
film
(“
boyevik
”),
yaxud
vuruş
-
roman
,
komiks
,
fentezi
və
s
.
Oxucudan
gizlətmirəm
,
mən
hələ
özum
üçün
müəyyən
etməmişəm
ki
,
bu
janrları
nəzərdə
tutub
“
kütləvi
sənət
”
deyəndə
,
biz
“
sənət
”
sözünü
yerində
işlədirik
,
yoxsa
,
yox
?
Yəni
söhbət
həqiqətənmi
sənətdən
gedir
?
Bilmirəm
,
amma
burası
da
mənim
üçün
aydındır
ki
,
həmin
bu
“
kütləvi
sənət
”
in
də
maraqlı
nümunələri
yaranır
.
Mənim
əlim
dinc
durmadı
və
məşhur
Marqaret
Norrisin
bir
triller
-
hekayəsini
–
məncə
,
xalis
“
kiç
”
nümunəsini
–
müəllifin
üslubunu
saxlamağa
çalışaraq
tərcümə
etdim
.
ELÇİN
SƏHƏR
GÖRÜŞÜ
hekayə
Marqaret
NORRİS
Əvvəlcə
ona
heç
fikir
vermirdim
.
Bu
qadın
ilə
mən
Ceyems
-
stritin
kəsişdiyi
tində
,
saatın
altında
dayanmışdıq
,
çərşənbə
axşamı
səhər
saat
beş
idi
və
biz
bomboş
küçənin
gah
o
başına
,
gah
da
bu
başına
baxırdıq
.
Mən
Redi
gözləyirdim
,
dostumu
.
Soyuq
idi
,
Red
də
ki
,
gəlib
cıxmırdı
.
Özümü
saxlaya
bilməyib
əlimi
çiynimdən
asdığım
qolf
çantasına
vurdum
və
Redin
qarasına
yavaşcadan
bir
-
iki
yağlı
söz
dedim
.
–
Əsəblərinizi
qoruyun
,
cavan
oğlan
! –
deyə
qadının
bir
az
istehzalı
,
bir
az
da
mehribansayaq
səsi
eşidildi
.
Yaxşıdı
də
,
səhər
saat
beşdə
adamın
fikrini
oxuyan
tapılıb
mənimçün
!
Sərt
hərəkətlə
çevrilib
onu
əməlli
-
başlı
süzdüm
.
Bu
qadının
qəribə
görkəmi
vardı
:
orta
yaşlarındaydı
,
özü
də
pota
,
tviddən
balaxon
palto
geymişdi
,
köhnə
ayaqqabılarının
qısa
dabanları
yeyilmişdi
,
bütün
bunları
da
cidd
-
cəhdlə
yığdığı
dalğavari
saçları
,
səliqə
-
səhmanla
da
kirşanlanmış
sifəti
tamamlayırdı
və
doğrusu
,
belə
bir
səliqə
-
sahmandan
,
bu
cidd
-
cəhddən
sonra
,
bu
cürə
geyinməkdə
bir
tələm
-
tələsiklik
varıydı
.
Çox
güman
ki
,
qonaq
getmək
istəyirmiş
,
amma
birdən
nəsə
bu
qadına
mane
olub
və
o
da
əlinə
düşəni
əyninə
keçirib
,
tələm
-
tələsik
də
küçəyə
çıxıb
.
Mənim
onunla
çərənləməyə
həvəsim
yox
idi
.
Lənətə
gələsən
səni
,
Red
!
Harda
itib
-
batmısan
?
–
Adam
gərək
səbrli
olsun
,
onda
hər
şey
düzəlir
,-
deyə
qadın
nəsihət
verməyə
başladı
və
onun
səsində
yenə
bir
balaca
rişxənd
var
idi
.
Yaxşı
də
.
Bəlkə
doğrudan
da
mən
səfehin
birinə
oxşayıram
,
səhər
saat
beşdə
qolf
çantasıyla
burda
dayanmışam
?
Qoy
olsun
,
amma
o
kimdi
ki
,
mənə
rişxənd
edir
?
Mən
küçənin
o
biri
başına
gedə
bilmirdim
,
qorxurdum
ki
,
ora
getsəm
Red
məni
görməz
.
Çantanı
çiynimdən
çıxarıb
telefon
köşkünün
yanına
qoydum
və
bankın
giriş
qapısına
tərəf
getdim
ki
,
orda
divardan
asılmış
səhər
qəzetlərinin
başlıqlarına
baxım
.
Bu
qadın
da
gəlib
yanımda
dayandı
.
–
Televiziyanın
axşam
xəbərlərində
dedilər
!
Karnovendən
qaçıb
.
Manyak
qatildir
!
Belələri
gərək
hospitalda
istirahətlə
məşğul
olmasınlar
!
Onları
dəmir
qəfəsə
salmaq
lazımdı
,
ordadı
onların
yeri
,
həbsxanada
!
–
Karnoverdə
də
dəmir
qəfəs
var
,-
deyə
etiraz
etdim
və
qadın
mənə
baxanda
: –
Yanından
keçəndə
də
görmək
olur
.-
dedim
.-
Pəncərələrin
hamısında
dəmir
barmaqlıqdı
.
–
Deməli
möhkəm
deyil
də
!
Yoxsa
ordan
qaçmaq
olardı
?
Özü
də
,
məncə
,
manyakı
xəstə
adlandırmaq
axmaqlıqdı
.
Qatil
!-
bax
budu
onun
əsl
adı
!
Biz
yanaşı
dayanıb
xəstəxanadan
qaçanın
fotosuna
baxırdıq
.
Yağış
fotonun
üzünü
elə
yuyub
aparmışdı
ki
,
əməlli
-
başlı
bir
şey
görünmürdü
.
Elə
pırpızaqlı
saçları
vardı
ki
,
elə
bil
arvaddı
.
Cibimdə
heç
olmasa
,
beş
sent
olsaydı
,
qəzet
alıb
bütün
məqaləni
oxuyardım
...
–
İşə
bax
də
!
Qatili
tutub
elə
yerə
aparırlar
ki
,
oradan
qaçır
,
bizim
də
canımıza
vəlvələ
salır
!
Amma
belə
baxanda
,
heç
qorxan
qadına
oxşamır
...
Beləsinin
mən
cikinə
də
,
bikinə
də
bələdəm
:
sən
nə
deyirsən
,
de
,
vecinə
deyil
,
dayanmaq
bilmir
,
elə
hey
çərənləyir
.
Özündən
də
müştəbeh
.
Məni
həmişə
cin
atına
mindirən
də
elə
belələridir
.
Başıma
gələnlərdən
bilirəm
ki
,
bu
cür
görüşlərin
axırı
nəyə
gətirib
çıxarır
,
ona
görə
də
telefon
köşkünə
tərəf
geri
qayıtdım
və
yenə
o
tərəf
-
bu
tərəfə
baxdım
.
Səbrim
tamam
tükənmişdi
.
Bir
maşın
ötdü
,
sonra
da
biri
.
Hələ
yuxudan
yaxşı
oyanmamış
bir
işçi
də
qoltuğunda
günorta
yeməyi
qabağımdan
keçib
getdi
.
Red
isə
görünmürdü
ki
,
görünmürdü
.
Əvvəlcə
saata
baxdım
,
sonra
da
o
qadına
.
Eləcə
bankın
qapısı
yanında
dayanıb
gözlərini
qəzet
başlıqlarına
zilləmişdi
.
Bəlkə
onun
da
cibində
beş
senti
yox
idi
ki
,
gedib
qəzet
alsın
?
Çox
boz
bir
səhər
açılırdı
və
ürəkoxşayan
heç
bir
şey
görünmürdü
.
Yenə
bankın
qapısına
yaxınlaşdım
və
qəzetdə
bugün
üçün
hava
haqqında
məlumatı
oxudum
.
“
Hava
tutulacaq
və
ara
-
sıra
yağış
yağacaq
.”
Bilirdim
ki
,
belə
olacaq
...
Axı
bu
Red
harda
qaldı
?
–
Darıxmağın
mənası
yoxdu
,
cavan
oğlan
.
Birinci
avtobus
ancaq
beş
otuzda
gələcək
.
Elə
istəyirdim
ağzımı
açıb
deyim
ki
,
mən
avtobus
-
zad
gözləmirəm
,
amma
yaxşı
ki
,
vaxtında
özümü
ələ
aldım
və
susdum
.
Yoxsa
ki
,
başlayacaqdı
höcətləşməyə
,
məni
də
cıxaracaqdı
özümdən
.
Bu
qadın
xalamı
yadıma
salırdı
,
xalamın
işıldayan
o
özündənrazı
gözlərini
görürdüm
və
kin
məni
boğurdu
.
Mənə
baxa
-
baxa
:
–
Mənə
elə
gəlir
ki
,
biz
sizinlə
haradasa
görüşmüşük
.
Sifətiniz
mənə
tanış
gəlir
...-
dedi
.
Deyəsən
nə
olursa
-
olsun
,
mənimlə
tanış
olmaq
istəyir
.
Qorxdum
.
Səhəri
hirslə
,
qəzəblə
açmaq
istəmirdim
.
–
Siz
yəqin
hərdən
“
Bir
fincan
qəhvə
”
yə
dəyirsiz
.-
deyə
diqqətlə
mənə
baxdı
.-
Yüz
faiz
,
sizi
hardasa
görmüşəm
!
İndi
başa
düşdüm
ki
,
bu
qadın
niyə
belə
geyinib
–
şübhəsiz
ki
,
xörəkpaylayan
işləyir
. “
Bir
fincan
qəhvə
”
kafesinə
girən
kimi
,
paltosunu
,
hay
-
hayı
gedib
,
vay
-
vayı
qalmış
çəkmələrini
çıxarıb
atacaq
bir
kənara
,
iş
formasını
,
ağ
tuflilərini
geyəcək
və
o
saat
da
girişəcək
işə
.
Mən
o
kafeni
tanıyırdım
,
Ceyms
-
stritin
axırında
idi
.
Hətta
bir
-
iki
dəfə
orda
olmuşdum
da
,
amma
xeyli
vaxt
bundan
qabaq
.
–
Hə
,-
dedim
,-
orda
oluram
.
Bunu
ki
,
belə
görürdüm
,
maraqlanmadığı
bir
şey
yoxdu
,
cavab
verdim
ki
,
bəlkə
məndən
əl
çəkdi
...
–
Yaxşı
ki
,
dediz
,
yoxsa
bütün
günü
fikirləşəcəydim
ki
,
sizi
harda
görmüşəm
.
Tində
bir
adam
göründü
və
bu
qadın
nəzərlərini
indi
də
ona
zillədi
.
Gözləri
bərəldi
,
ağzı
da
təəccübdən
bir
az
açıldı
,
elə
bil
ki
,
balaca
,
məzəli
“
o
”
hərfi
idi
.
Həmin
adamın
çox
gülməli
görkəmi
var
idi
.
Uzun
,
lap
uzundraz
idi
,
özü
də
arıq
,
qəribə
də
paltar
geyinmişdi
,
elə
bil
ki
,
yarmarka
artisti
idi
.
Paltosu
əyninə
gödək
idi
,
qolu
az
qala
dirsəyinə
qalxmışdı
,
gödək
şalvarının
balaqları
ilə
uzunboğaz
ayaqqabılarının
arasından
da
qıpqırmızı
yun
corabı
görünürdü
.
Sifəti
uzunsov
idi
,
dərin
qırışları
gözlərindən
düz
ağzınacan
uzanırdı
.
Ağzını
açıb
üzümüzə
gülürdü
.
–
Sabahınız
xeyir
,
əziz
dostlar
!
Necə
bilirsiz
,
sizdən
birinizin
ürəyini
yumşaldıb
bir
fincan
qəhvə
üçün
on
şillinq
almaq
mənə
müyəssər
olacaq
,
ya
yox
?
Qadın
dodaqlarını
bir
-
birinə
sıxdı
və
onun
sifətinin
ifadəsindən
başa
düşdüm
ki
,
bu
adama
acı
cavab
vermək
istəyir
.
Yadıma
düşdü
ki
,
depressiya
vaxtı
qapımızı
döyən
avaraları
başından
eləmək
istəyəndə
xalamın
da
sifətində
belə
bir
ifadə
yaranırdı
.
–
Niyə
o
bir
fincan
qəhvənin
pulunu
özünüz
qazanmırsınız
,
hə
?-
deyə
qadın
buz
kimi
bir
səslə
dilləndi
.
Artistə
oxşayan
o
adam
ciddi
bir
görkəmlə
təzim
etdi
:
–
Özüm
?
Madam
,
mən
bunu
lap
axıra
saxlamışam
.
İnsanların
əliaçıqlığı
,
xeyirxahlığı
birdəfəlik
itib
-
batandan
sonra
,
mən
sizin
bu
təklifiniz
haqda
fikirləşərəm
.
Hələlik
isə
...-
O
mənə
tərəf
çöndü
.-
Dostum
,
bəs
siz
,
mənə
bir
balaca
yardım
edə
biləcəksizmi
?
–
Mən
verərdim
,
amma
hayıf
ki
,
hec
bir
sentim
də
yoxdur
...
–
Nə
etmək
olar
?-
deyə
filosof
kimi
,
təəssüf
etdi
.-
Belə
hesab
edək
ki
,
bu
səhər
bizim
bəxtimiz
gətirmədi
.
Belə
bir
sübhçağı
gərək
yorğan
-
döşəkdən
qalxmayaydım
...
Əlbəttə
yorğan
-
döşək
olsaydı
!..-
Yenə
gülümsədi
.
Ona
bir
şey
verə
bilmədiyim
üçün
,
ürəyim
hayıl
-
mayıl
olmuşdu
.
–
Sizin
kimilərdir
bizi
biabır
eləyən
!-
deyə
qadın
böyük
-
böyük
dilləndi
.-
Sizə
heç
nə
vermək
lazım
deyil
.
Sizi
qovmaq
lazımdı
!
Sizin
kimilərdir
şəhəri
pis
günə
qoyan
!
–
Madam
,-
deyə
o
adam
qadını
başdan
ayağa
qədər
süzdü
.-
Bu
saat
fikrimdə
o
qədər
küçə
sözləri
var
ki
,
gəl
görəsən
,
amma
mən
ağzımı
açmayacağam
.-
Və
mənə
göz
vurub
çıxıb
getdi
.
Bundan
sonra
,
qadın
özünü
elə
təhqir
olunmuş
saydı
,
elə
coçub
-
daşdi
ki
,
elə
bil
birdən
-
birə
tvid
balaxonu
əyninə
daraldı
.
Arvad
,
elə
bil
,
bu
saat
partlayacaqdı
.
Mən
ürəyimi
bürümüş
qüssə
içində
o
bomboş
küçəyə
baxırdım
və
hiss
edirdim
ki
,
bu
saat
coşub
-
qaynayacağam
və
orasını
da
bilirdim
ki
,
bunun
axırı
mənim
üçün
nəylə
qurtaracaq
...
“
Kaş
Red
tez
gələydi
!.. –
deyə
ürəyimdə
Allaha
yalvarırdım
.-
Tez
elə
,
gəl
,
Red
!..
Yəni
tapa
bilməyəcəksən
ki
,
mən
səni
harda
gözləyirəm
?”
Qadın
birdən
-
birə
yenə
bankın
qapısı
ağzında
asılmış
qəzetlərə
tərəf
qaçdı
.
–
Bəlkə
elə
odu
...
Çirkli
,
qoca
avara
...
Gör
kim
mənim
kimi
təmiz
qadınla
necə
danışır
?!
Mənimlə
,
bir
tikə
çörəyini
əlinin
zəhmətiylə
qazanan
adamla
!
Nə
deyirsiz
deyin
,
bu
elə
Karnovendən
qaçan
həmin
o
manyakdı
ki
,
var
!
Özümü
saxlamağa
çalışırdım
.
–
Məncə
elə
deyil
...
–
Sən
hardan
bilirsən
?!
Aman
Allah
,
mənim
o
xalam
da
,
bax
,
o
vaxt
mənim
üstümə
belə
bir
səslə
çığırırdı
...
O
səs
indiyəcən
qulağımdadı
: “
Axı
sən
kimsən
belə
,
misgin
yetim
,
sən
özünü
kim
hesab
edirsən
?!”
Anam
öləndən
sonra
axı
niyə
məni
onun
yanına
göndərdilər
?
Niyə
göndərdilər
ki
,
onunla
yaşayım
?
Qadın
telefon
köşkü
tərəfə
getdi
.
–
Bu
saat
polisə
zəng
edəcəyəm
!
Görər
,
onun
başına
nə
oyun
açacağam
!
–
Yox
,
belə
eləmək
olmaz
!-
dedim
.
–
Sənə
nə
dəxli
var
?
Sən
niyə
mənim
işimə
qarışırsan
?-
deyə
çığırdı
. ––
Mən
ona
göstərəcəyəm
!
Mənimlə
elə
danışmaq
olmaz
!-
Sonra
da
əlini
çantasına
soxdu
ki
,
xırda
pul
çıxarıb
polisə
zəng
eləsin
.
lll
Mən
az
qala
tamam
ümidsiz
halda
yarmarka
artistinə
oxşayan
o
adamın
ardınca
boylandım
.
Eləcə
addımlayırdı
,
elə
bil
,
bütün
dünya
vecinə
deyildi
.
Yox
,
mən
imkan
verə
bilməzdim
ki
,
ona
nəsə
bir
pislik
eləsinlər
.
Bayaq
mənə
elə
bir
məhrəmliklə
göz
vurdu
ki
,
elə
bil
,
bu
qadın
kimi
özündən
müştəbeh
,
küt
,
vücudundan
zəhrimar
yağan
adamlara
qarşı
mənimlə
ittifaq
yaradırdı
.
Və
birdən
küçənin
axırında
hospitalın
furqonu
göründü
.
Mən
bilirdim
ki
,
bu
Reddir
,
mənə
kömək
eləməyə
gəlir
.
Bu
arvadı
bir
neçə
dəqiqə
yubandıra
bilsəydim
...
Əlimi
onun
çiyninə
toxundurdum
.
O
isə
:
–
Tərbiyəsiz
!-
deyə
çımxırdı
,
sonra
da
səsini
qaldırdı
.-
Lənətə
gələsən
səni
!
Sən
özünü
kim
hesab
edirsən
,
misgin
gədə
?!
Gördüz
ki
?!
Heç
bir
sözə
qulaq
asmaq
istəmirdi
.
Mənim
xalam
da
belə
idi
,
o
vaxt
boğazımı
yırtırdım
onu
başa
salım
ki
,
çantasından
pulu
mən
oğurlamamışam
,
amma
bax
,
beləcə
qışqırırdı
,
bu
arvad
kimi
.
Redə
deyirdim
ki
,
əgər
mənə
qolf
ağacları
gətirsələr
,
hospitalda
tamam
xoşbəxt
bir
adam
olacağam
...
Qolf
ağacını
dartıb
çantadan
çıxartdım
və
zərbə
ilə
arvadın
təpəsinə
vurdum
...
Sonra
bir
də
...
Bir
də
...
Bizi İnstagramda izləyin
Müəllifin digər yazıları
Vəli Axundov: Ağayanalığın və sadəliyin timsalı - Vəli Axundov-110
14.05.26
Dolğun tədqiqat əsəri - Xalq yazıçısı Elçin yazır
13.06.25
Heç vaxt yağmayacaq buludlar - Bir qəribə adam haqqında hekayə
17.03.25
Məryəmin gözəl devləri - Xalq yazıçısı Elçin yazır
18.02.25
Qələm və maskalar - Qoldoni haqqında bir neçə söz
27.12.24
Qarğaların xoru - Xalq yazıçısı Elçin yazır
16.12.24
Qeybdən uzanan əl - Qara qoyunun aqibəti haqqında hekayə
30.09.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
20.05.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
13.05.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
06.05.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
29.04.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
22.04.24
Mir Cəfər Bağırov kim idi? - Xalq yazıçısı Elçin yazır
06.04.24
"Sözlərə "azadlıq" öyrədə bildik..." - Xalq yazıçısı Elçin yazır
25.12.23
İntiqamın iki missiyası - Xalq yazıçısı Elçin yazır
07.08.23
Əsas səhifə
Bütün xəbərlər
Siyasət
Sosial
İqtisadiyyat
Kriminal
Mədəniyyət
İdman
Şou-biznes
Ədəbiyyat
Çap versiyası
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.