Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı başlayıb.
APA-nın xəbərinə görə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva iştirak edirlər.
Yığıncaqda AMEA-nın prezidenti, vitse-prezidentləri və Rəyasət Heyətinin yeni tərkibi seçiləcək.
Qeyd edək ki, hazırda AMEA-nın prezidenti, akademik Akif Əlizadədir. O, bu vəzifəyə 2013-cü ildə seçilib.
Rəyasət Heyətinin üzvləri akademiklər - Akif Əlizadə, İbrahim Quliyev, İsa Həbibbəyli, Tofiq Nağıyev, Rasim Əliquliyev, Əhliman Əmiraslanov, Teymur Kərimli, Nərgiz Axundova, Dilqəm Tağıyev, akademik Fəxrəddin Qədirov, Nazim Məmmədov, İsmayıl Hacıyev və Fuad Əliyevdir.
AMEA-nın vitse-prezidentləri isə İ. Quliyev, İ. Həbibbəyli, T. Nağıyev və D. Tağıyevdir.
Vitse-prezidentlər Rəyasət Heyətinin yeni tərkibindən seçiləcək.