İyunun 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli alim, tanınmış ictimai xadim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, biologiya elmləri doktoru, professor Cəlal Əliyevin anadan olmasının 90 illiyi münasibətilə “Cəlal Əliyev-90” adlı kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə alimin Azərbaycan və xarici dillərdə kitabları, redaktoru, məsləhətçisi, tərtibçisi olduğu, “ön söz” yazdığı və haqqında olan kitablar, dövri mətbuat materialları yer alıb.