https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Qarabağ" "Gefle"ni də məğlub etdi (Video)

"Qarabağ" "Gefle"ni də məğlub etdi (Video)

Bu gün UEFA Avropa Liqasında III təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu bu mövsümdə beşinci matçına çıxıb.

Qurban Qurbanovun komandası doğma azarkeşləri önündə İsveçin "Gefle" klubunu qəbul edib. Bu mövsüm Avroliqada öz meydanında keçirdiyi iki oyunda qələbə qazanan Ağdam təmsilçisi "Gefle" ilə görüşün də əsas favoriti hesab olunurdu.

Fasiləyə 0:0 hesabı ilə qolsuz yollanan "Qarabağ" ikinci hissədə təzyiqi artırıb ki, bunun da nəticəsini görüb. Oyuna sonradan daxil olan Reynaldo matçın 89-cu dəqiqəsində vurduğu qolla komandasına qələbə qazandırıb - 1:0.

Qeyd edək ki, bu komandalar arasında cavab qarşılaşması bir həftə sonra - avqustun 8-də İsveçdə keçiriləcək.

1 avqust

Avropa Liqası, III təsnifat mərhələsinin ilk oyunları

21:00. "Qarabağ" (Azərbaycan) - "Gefle" (İsveç) - 1:0 
Qol: Reynaldo, 89 (1:0)
Hakimlər: Nikolas Rainville (Fransa), Stephan Luzi (Fransa), Serkan Ok (Türkiyə), Sebastien Desiage (Fransa)
Tofiq Bəhramov adına Respublika stadionu. 



"Qarabağ": 89. Miro Varvodiç, 2. Qara Qarayev, 5. Maksim Medvedyev, 14. Rəşad Sadıqov (k), 24. Admir Teli, 25. Ansi Aqolli, 7. Namiq Yusifov, 10. Muarem Muarem, 16. Corc Leroy, 20. Riçard Almeyda, 11. Nikolos Gelaşvili.

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 55. Bədavi Hüseynov, 9. Reynaldo Silva, 18. İlqar Qurbanov, 6. Hacı Əhmədov, 88. Uilrix Kapolonqo.


"Gefle": 1. Mattias Huqosson (k), 2. Olof Mard, 4. Andres Vikström, 6. Par Asp, 14. Jens Portin, 16. David Fallman, 7. Aleksandr Faltsetas, 8. Saymon Lundevall, 19. Markus Hanson, 10. Yakob Orlov, 15. Mikael Dahlberq.

Ehtiyat oyunçular: 22. Emil Hedvall, 3. Conas Olson, 11. Sive Pekezela, 5. Zakaria Abdullai, 25. Yoahim Adukor, 9. Yohan Oremo, 20. Emil Bellander.



Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.