https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

"Fənərbaxça"nın keçmiş futbolçusu vəfat etdi

"Fənərbaxça"nın keçmiş futbolçusu vəfat etdi

Türkiyənin "Fənərbaxça" klubunun əfsanəvi futbolçularından biri olan Selçuk Yula dünyasını dəyişib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, özünü pis hiss etdiyi üçün xəstəxanaya aparılan 53 yaşlı veteran futbolçunun həyatını xilas etmək mümkün olmayıb. S.Yulanın ölümünün səbəbi barədə isə hələlik açıqlama verilməyib.

1959-cu ildə Ankarada dünyaya gələn Yula "Fənərbaxça"dakı uğuru və qolları ilə bütün futbolsevərlərin rəğbətini qazanmışdı.  Futbola "Şekerspor"da başlayan türkiyəli mütəxəssis 1979-1986-ci illərdə "Fənər"in formasını geyib. Daha sonra Almaniyada "Veiss Berlin, "Sarıyer" klublarında oynayıb. Yula futbolçu karyerasını bitirmədən öncə "Qalatasaray"ın da (1991-92) formasını geyib. O, həm də futbol şərhçisi idi.

Qeyd edək ki, S.Yula "Topaz" şirkətii ilə əməkdaşlıq edirdi. O, son illər bu şirkətin dəvəti ilə bir neçə dəfə Azərbaycanda olmuşdu.

Allah rəhmət eləsin!

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.