https://525.az/img/pics/medium/2024-04/310435_zkxmp9jitt.jpg “525-ci qəzet”in 18 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/310432_mzsmdysfa8.jpg Ruhumuz, düşüncəmiz və ədəbiyyatımızda Şuşa möcüzəsi
https://525.az/img/pics/medium/2024-04/310396_jz446ev36m.jpg Naxçıvanın elmi, ədəbi və mədəni mühiti: aktuallığını itirməyən tədqiqat obyekti
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
search
17 Aprel 2024

Vüqar Nadirov: “Ayntraxt”ı niyə keçməyək?!”

Vüqar Nadirov: “Ayntraxt”ı niyə keçməyək?!”

“Qarabağ” klubunun hücumçusu Vüqar Nadirovun Qol.Az saytına müsahibəsi

- Bir neçə oyundur ki, komandana kömək edə bilmirsən. Hazırda zədən nə yerdədir?

- Artıq sağalıram. Bu gündən komanda ilə birlikdə məşqə çıxacam.

- Bu həftə “Xəzər Lənkəran”la oyunda iştirak edə biləcəksən?

- Çox güman ki, o vaxta qədər tam hazır olacağam.

- Avroliqanın “pley-off” mərhələsində komandanız Almaniyanın “Ayntraxt” (Frankfurt) klubuna rəqib oldu. Püşkatmada bəxtinizin gətirmədiyini düşünürsən?

- “Ayntraxt” elə belə komanda deyil. Rəqibə ciddi yanaşırıq. Əlimizdən nə gəlirsə, onu da edəcəyik ki, Avropada sözümüzü bir daha deyək.

- Səncə, bu komanda “Qarabağ” üçün keçiləsi rəqibdir?

- Bircə ölümə çarə yoxdur, niyə keçməyək?

- Futbol mütəxəssiləri bildirir ki, “Qarabağ” son göstərdiyi oyunlarla sübut etdi ki,  potensial rəqiblərdən olan “Sevilya” və digərləri ilə də bacarardı. Sən necə fikirləşirsən?

- Əlbəttə, mən də elə düşünürəm. Çünki komandamız hazırda özünün zirvə nöqtəsindədir. Kifayət qədər Avropa təcrübəmiz də var. Ona görə də həm “Ayntraxt”, həm də digər rəqiblərlə başabaş oynaya bilərik.

- Rəqibiniz Bundesliqada ortabab komandalardan olan “Herta”ya böyükhesabla məğlub oldu (1:6). Bu haqda ne deyə bilərsən?

- Bu, qətiyyən bizi arxayınlaşdıra bilməz. Rəqibin öz çempionatında hansı nəticəni qazanması bizi maraqlandırmır. Ola bilər ki, “Ayntraxt” gücünü bizimlə oyuna saxlayır. Ona görə də Bakıda keçiriləcək ilk oyuna çox ciddi hazırlaşacağıq və səfər oyununa yaxşı nəticə ilə getməyə çalışacağıq. Çünki Frankfurtda bizi çətin oyun gözləyir. Böyük azarkeş qarşısına sərfəli nəticə ilə çıxmalıyıq.

- “Ayntraxt”la vacib oyunöncəsi komandanızın dörd futbolçusunun milli komandamızın Malta ilə yoldaşlıq oyununa çağırılması futbolçularda yorğunluq, oyunqabağı problem yaradacağını düşünürsən?

- Mənə elə gəlir ki, heç bir problem olmaz. Əksinə futbolçularımızın çox oynamağı yaxşıdır. Nə edə bilərik? Milli komanda Azərbaycanındır. Çağırırlarsa, getməliyik. Onsuz da hamımız milli komanda üçün çalışırıq.

- Qurban Qurbanov bu mövsüm çox güclü heyət formalaşdırıb. Artıq çempionluğun vaxtının çatdığını düşünürsünüz?

-   Hələ ki, bu haqda düşünmək tezdir. Bütün fikirlərimiz Avropa Liqasına yönəlib. Amma onu da bilirik ki, çempionatın əvvəlində itirilən xallar çempionluğumuza əngəl ola bilər. Geniş heyətimiz var. İki cəbhədə uğurlu çıxış etmək gücündəyik. Ona görə də hər iki turda qalib gəlmişik. 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.