https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

“Qarabağ” - “Ayntraxt” oyununa artıq 10 min bilet satılıb

“Qarabağ” - “Ayntraxt” oyununa artıq 10 min bilet satılıb

Avropa Liqasının pley-off mərhələsinin avqustun 22-də Bakıda baş tutacaq “Qarabağ” – “Ayntraxt” oyununa artıq 10 min bilet satılıb. Bu haqda Qol.Az saytına Ağdam klubunun meneceri Asif Əsgərov məlumat verib.

O qeyd edib ki, oyuna böyük maraq var: “Hələ Azərbaycanda bir şey olmamışdı ki, iki gün ərzində 10 min bilet satılsın. Artıq demək olar ki, orta sektorlar üçün bilet qalmayıb. Digər sektorlara isə bilet satışı sürətlə davam edir. Bilet satışı və klubumuza çoxsaylı müraciətlər onu deməyə əsas verir ki, avqustun 22-də Tofiq Bəhramov adına stadionun tribunaları ağzınadək dolacaq”.

A.Əsgərov matça biletin tükənməsi haqda yayılan xəbərlərə də aydınlıq gətirib: “Bu, doğru xəbər deyil. Sadəcə, orta sektorlar – 13-16-cı sektorlar üçün bilet satılıb. Digər sektorlar üçün isə bilet satışı davam edir”.

A.Əsgərov bildirib ki, qonaq komandanın azarkeşləri üçün iki sektor (27-28-ci sektorlar) ayrılıb. Stadionda təhlükəsizliyi təmin etmək üçün həmin sektorlara yalnız alman azarkeşlərin buraxılacağı gözlənilir.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.