https://525.az/img/pics/medium/2026-07/396157_shc52u8i4r.jpg Bakının mərkəzində təmirlə əlaqədar iki yol bağlanacaq
https://525.az/img/pics/medium/2026-07/396116_raz8zixaga.jpg Azərbaycan polisi: Zaman dəyişir, missiya dəyişmir
https://525.az/img/pics/medium/2026-07/396056_790g0xwitg.jpg Oxçu çayının sahilində bir şərqi oxuyacağıq...
https://525.az/img/pics/medium/2026-06/394470_0bu6t41qz8.jpg “İranın nüvəsizləşdirilməsi çox yaxşı gedir” -  Tramp
search
2 İyul 2026

Berti Foqts milli komandamızla yeni müqavilə imzalamayacaq

Berti Foqts milli komandamızla yeni müqavilə imzalamayacaq

Azərbaycan millisinin baş məşqçisi Berti Foqts yığma ilə ilin sonunda bitəcək müqaviləni yeniləməyəcək.

Qol.Az-ın məlumatına görə, bu barədə almaniyalı mütəxəssis "Sky Sports news hd"ə müsahibəsində deyib. Artıq AFFA-nın onun yerinə məşqçi axtardığını bildirən Foqts müqaviləsi bitən kimi yığmadan gedəcəyini bildirib: "Təsəvvür edin ki, bir məşqçinin hələ yarım illik müqaviləsi var və o, DÇ-2014-ün seçmə mərhələsinə hazırlaşır, ancaq rəhbərlik yeni məşqçi axtarır. Lakin mən də yeni müqavilə imzalamaq fikrində deyiləm".

Millidən getdikdən sonra nə edəcəyi barədə suala isə 66 yaşlı mütəxəssis belə cavab verib: "Elə bir komandaya gedəcəyəm ki, orada titul uğrunda mübariz apara bilək. Həmin iddialı komandanın maliyyə durumu isə yaxşı olmalıdır. Çünki futbolçuya bəzən 30 milyon avro da xərcləməli olursan”.

Qeyd edək ki, Berti Foqts 2008-ci ildən milli komandamızı çalışdırır.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.