|
|
|
|
Noyabrın 22-dən 24-dək Bakı Ekspo Mərkəzində keçirilən IV Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisində ziyarətçilər "Dreamland" layihəsi ilə tanış olmaq imkanı əldə ediblər.
330 hektar əraziyə malik "Dreamland" yaşayış kompleksi 26 blokdan ibarət 394 ədəd müasir mənzil və fərqli zövqlərə uyğun 7 üslubda 234 ədəd villanı özündə cəmləşdirir.
11 ədəd gölün yaradıldığı 65 hektarlıq sahədə IMG tərəfindən işlədilən Golf Klubu və Golf Akademiyası da mövcuddur. Həmçinin, bu müasir yaşayış kompleksinin nəzdində "SABIS Sun International School" fəaliyyət göstərir.
Təbiətin füsunkar gözəlliyi ilə müasir şəhər zövqünü əhatə etməklə qlobal investorların diqqət mərkəzində olan "Dreamland Golf Villas and Residences" yaşayış kompleksi yolunuzu gözləyir.