Dekabrın 14-də Azərbaycan Milli Kitabxanasında respublikada dövlət idarəçiliyi və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərmiş, uzun illər ərzində təqdirəlayiq xidmətləri ilə ölkənin ictimai-siyasi həyatına layiqli töhfələr vermiş, görkəmli ictimai-siyasi xadim, “Şöhrət” ordenli Kamran Əsəd oğlu Hüseynovun 105 illiyi münasibətilə “Kamran Hüseynov-105” adlı sərgi açılıb.
Sərgidə Kamran Hüseynovun Azərbaycan və rus dillərində nəşr olunmuş əsərləri, haqqında yazılmış kitablar, qəzet və jurnal materialları nümayiş etdirilib.
Sərgi bir həftə davam edəcək.
ŞAHANƏ