|
|
|
|
2019-cu ildə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yolunda daha əlverişli ab-hava yaradılacaq.
Trend-in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov Bakıda mətbuat konfransında deyib.
Diplomat bildirib ki, bunun əsası artıq cari ildə qoyulub, yüksək səviyyədə bir neçə görüş keçirilib:
"2019-cu ilin yanvar ayında da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü gözlənilir".
O, Rusiyanın münaqişənin həllinə köməyi davam etdirməyə hazır olduğunu bildirib.