
"525-ci qəzet"in baş redaktoru, şair Rəşad Məcidin "Facebook" statuslarından seçmələr:
O gün BDU-da BP-nin əməkdaşı, uğurlu karyerasının havası düşüncə və nitqində tüğyan edən cavan oglan “müdrikcəsinə” məsləhət verərək dedi ki, 2030-cu ildə indiki ixtisasların 85 faizi olmayacaq! Bilmədim nəyi nəzərdə tuturdu - neft erasımı bitəcək, BP-mi bağlanacaq?! :) Dedim ki, yazmaq həmişə olacaq, cavan oğlan! Bir zaman Qobustan qayalarına yazıblar, yazmaq istəyənlər 2030-da da, sonra da bir ağ yer tapıb yazacaqlar! :)
***
Dünənki atəşfəşanlıqda vahiməyə düşüb havada nizamsız qanad çalan quş yadımdan çıxmır! Fişənglərin işığından, topların guppultusundan binalar arasında o yan bu yana uçub çaşbaş qalan, dəliyə dönən canlı!
***
Bütün sualların cavabı aydın olanda, dünyanın tanımadığın üzü qalmayanda başlayır qocalıq! Təzə nəyəsə ümidin varsa, deməli, hələ gəncsən! Dekabr Günəşi kimi..
***
İntihar fərarilikdi! - Fikrət Qocanın bir misradan ibarət şeiridir. Bu intihar xəbərləri içərisində ha çabalayıb suallara cavab axtarırsan və sonda yenə Fikrət müəllim deyənə gəlib çıxırsan.
***
Nə qədər roman yazacaqsan, bir az da sms, heç olmasa status yaz (Gənc yazara müdrik məsləhət)
YAZININ TAM VERSİYASINI "525-Cİ QƏZET"İN ŞƏNBƏ SAYINDAN OXUYA BİLƏRSİNİZ



