Daxili İşlər Nazirliyi Ağdamda ananın körpə qızını öldürməsi faktı ilə bağlıə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aprelin 16-da Ağdam rayonunun Qərvənd kəndində yaşayan G.İsmayılova evində ailə-məişət münaqişəsi zəminində körpə qızını boğub.
G.İsmayılova könüllü olaraq Ağdam Rayon Polis Şöbəsinə gələrək təslim olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.