|
|
|
|
Azərbaycanvə Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda keçirilən görüşü başa çatıb.
APA xəbər verir ki, görüşün nəticələri ilə bağlı tərəflərin açıqlama yayması gözlənilir.
*** 20.06.19, 21:10
Vaşinqtonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla ermənistanlı həmkarı Zohrab Mnatsakanyan arasında görüş başlayıb.
APA-nın XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya istinadən verdiyi məlumata görə, görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri İqor Popov, Endryu Şofer və Stefan Viskonti və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edir.
Qeyd edək ki, ötən gün hər iki nazir həmsədrlərlə ayrılıqda görüş keçirib.