Ötən gün axşam saatlarında Qubanın dağlıq ərazilərinə güclü yağış yağıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yağıntı əsasən rayonun Qonaqkənd, Xaltan və Söhüb kəndləri ərazisinə düşüb.
Güclü selin gətirdiyi axıntı nəticəsində kəndarası yollar bağlanıb. Quba Fövqəladə Hallar Komissiyasından APA-nın yerli bürosuna verilən məlumata görə, güclü yağış fərdi təsərrüfatlara ziyan vurub. Həmçinin ötən gün axşam saatlarında Quba-Xınalıq yolu müvəqqəti bağlanıb.