Bu il keçirilən yaz və yay qəbul imtahanlarında ümumilikdə 44 abituriyent imtahandan xaric edilib və nəticələri ləğv olunub.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, yaz qəbul imtahanlarında iştirak edən 23, yay qəbul imtahanlarında iştirak edənlərdən isə 21 nəfərin nəticəsi ləğv edilib.