Hindistan Silahlı Qüvvələri bu həftənin sonuna qədər ölkə tarixində ilk dəfə fəzada “İndSpaceEx” adlı hərbi-kosmik təlimlər keçirməyi planlaşdırır.
APA-nın “Times of İndia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan hökumətindəki mənbə bildirib.
“Hindistanın Baş Naziri Narendra Modi bildirib ki, 2019-cu ilin martında peyk-əleyhinə silahın sınaqdan keçirilməsi ölkənin müdafiə qabiliyyətini artıracaq. Buna uyğun olaraq "İndSpaceEx" Hindistan Silahlı Qüvvələrinin kosmosda münaqişənin gərginləşməsinə mümkün cavabını nümayiş etdirəcək”, - hökumətdəki mənbə qeyd edib.
Mənbənin sözlərinə görə, Çinin artan gücünü nəzərə alaraq, Hindistan fəzada öz maraqlarının qorunması üçün şərait yaratmalıdır.