Ermənistanın Gəlirlər üzrə Dövlət Komitəsi müdafiə nazirinin keçmiş müavini, sabiq deputat Manvel Qriqoryana məxsus əmlakı hərraca çıxarmaq üçün məhkəməyə müraciət edib.
“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə hakim Mnasakan Martirosyan M.Qriqoryanın işi üzrə məhkəmə iclasında bildirərək Komitənin müraciətini oxuyub.
Xatırladaq ki, M.Qriqoryan ötən il iyunun 19-da saxlanılıb. O, qanunsuz silah-sursat saxlamaqda, əmlakın mənimsənilməsində ittiham olunub. Onun həyat yoldaşı Nazik Amiryana qarşı da ittiham irəli sürülüb və onun işi məhkəmədədir.
Xatırladaq ki, Manvel Qriqoryan Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin işğal olunmasında iştirak etmiş cinayətkarlardandır.