|
|
|
|
Həyatda çox şeylər insanları idarə edir: iqlim, din, qanunlar, idarəetmə prinsipləri, adət və ənənələr, vərdişlər və s. Bütün bunların məcmusu olaraq, Xalqın ruhu yaranır.
Xalqın ruhunu özündə və əməllərində birləşdirərək bütün dünyaya səs salan bir qadın, bir xanım var Odlar yurdu Azərbaycanda. Bu, Azərbaycanın Birinci xanımı Mehriban Əliyevadır. Adı taleyinə nur saçan Mehriban xanımın az qala kəlama çevrilmiş bir fikri var. "Mən Azərbaycanın əsas sərvətinə - xalqımıza inanıram!" Humanist ideallara sədaqət nümunəsi olan Mehriban xanıma da bu xalq inanır, güvənir, sevir. Xalqın sevgisi ilə vəhdət təşkil edən bu sevgi xalqın ruhundan qidalanaraq bütün dünyaya Azərbaycan qadını olaraq Günəş kimi nur saçır. Bütün bunlar haqqında günlərlə danışmaq olar. Amma mən bu günlərdə Mehriban xanım Əliyevanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən "Dostluq" ordeni ilə təltif olunması ilə bağlı fikirlərimi bölüşmək istədim.
Rusiya Prezidenti mükafatı təqdim edərkən dediyi: "Bu mükafat təkcə bura gəldiyinizə və Azərbaycanın ən yüksək vəzifəli şəxslərindən biri olduğunuza görə deyil. Bu, işinizə, fəaliyyətinizə, dövlətlərarası münasibətləri bugünkü yüksək səviyyədə saxlamağınızla əlaqəlidir və biz bunu yüksək qiymətləndiririk", fikirləri necə də reallığı əks etdirirdi.
Vladimir Putin Mehriban Əliyevaya ünvanladığı təbrik məktubunda belə bir fikir ifadə etmişdi: "Siz Rusiyanın böyük dostusunuz". İki ölkənin münasibətinin tərənnümü üçün bundan gözəl söz söyləmək çətindir. Bu orden Rusiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi çox dəyərli bir mükafatdır. Ölkələrimiz arasında münasibətlərin, mehriban qardaşlıq və qonşuluq əlaqələrinin yüksək səviyyədə olması məhz cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yorulmaz səylərinin nəticəsidir. Bəli, bu "Dostluq" ordeni Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə verilən şərəfli, dəyərli və ölkəmiz üçün böyük əhəmiyyət kəsb edən bir mükafat idi. Uğurlarınız bol, əməlləriniz həmişəyaşar olsun!
Adət-ənənələrimizdən irəli gələrək bizim cəmiyyətimizdə qadınlar mühüm mövqelər tutur. Onlar nəinki evdə xanım rolunu oynayırlar, həmçinin, ictimai xadim kimi mühüm fəaliyyət göstərirlər. Güclü xarakterə malik olan xeyirxah, nəcib və humanist insan bu dünyaya gəlişinin ictimai mənasını dərk etdikcə, ona verilən ömrü ləyaqətlə yaşamağa qərar verir. Mehriban Əliyevanın ictimai fəaliyyəti təkcə öz ailəsinə və xalqına yox, bütün dünyaya məxsusdur. Bu gün Birinci vitse-prezidentin başçılıq etdiyi Heydər Əliyev Fondu dünyada nəinki irimiqyaslı möhtəşəm layihələri həyata keçirmək, həmçinin, ölkəmizin beynəlxaq arenada layiq olduğu mərtəbədə qərarlaşması ilə öz dəyərli töhfələrini verib. Heydər Əliyev Fondu həm də milli-bəşəri ideyaların tərənnümçüsü olmaqla qüdrətlidir. Mehriban xanımın Azərbaycan dövləti, cəmiyyəti üçün gördüyü işlər əvəzolunmazdır. Humanizm və səxavət prinsiplərini dəfələrlə sübut edən Mehriban Əliyevanın fəaliyyətinin əsasında xalq sevgisi və vətənpərvərlik hakim mövqe tutur.
Nə qədər ki, bu xalq var, deməli, sizə tükənməyən sevgi də var. Hər zaman cənab Prezidentimiz İlham Əliyevlə qoşa addımlayın. Çünki siz öz nurlu əməllərinizlə bütün dünyaya örnək, Azərbaycan xalqının isə ilham mənbəyisiniz. Azərbaycan tarixinin axınını dəyişən Qadın, hər zaman səsin zirvələrdən gəlsin!
Bu qeydləri edərkən ölkə başçısı və xanımının Yevlaxda 1 nömrəli tam orta məktəbdə olarkən Mehriban xanımla olan səmimi görüşümü xatırladım. O qədər sadə, o qədər alicənab və ən əsası adı kimi o qədər mehriban idi ki... Bu gün də o görüşün xoş təəssüratlarını yaşayıram.