“Bu il 48 mindən çox uşaq birinci sinfə qəbul edilib”.
APA xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev deyib.
O bildirib ki, Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib:
“2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 48 763 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 45 637-si ümumi təhsil məktəblərini, 3 126-sı isə lisey və gimnaziyaları seçib”.
R. Tağıyev deyib ki, 2019-cu ildən etibarən ilk dəfə olaraq ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə həyata keçirilib:
"Təhsil Nazirliyi tərəfindən şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilməsi vətəndaşlar üçün daha bir imkan deməkdir. Elektron yerdəyişmə nəticəsində 6791 şagird bir məktəbdən digərinə köçürülüb".