
“İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin ofisində oğurluq hadisəsi baş verməyib. Fəhlələr söküntü işləri zamanı əşyaları başqa otağa aparıblar”.
Bunu APA-ya açıqlamasında komitənin sədri, hüquq müdafiəçisi Elçin Behbudov deyib.
E. Behbudov bütün əşyaların ona təhvil verildiyini bildirib: “Biz səhər ofisə gələndə divarın söküldüyünü, bəzi əşyaların isə ofisdə olmadığını gördük. Dərhal polis əməkdaşlarına müraciət etdik. Araşdırmalar zamanı məlum oldu ki, binada təmir işləri aparan fəhlələr bizim oradan köçdüyümüzü, otağın boş olduğunu zənn edib divarı uçurublar. Ondan sonra da əşyaların ortalıqda qalmaması üçün digər otağa yığıblar. Artıq bütün əşyalar mənə təhvil verilib”.



