Xuzistan əyalətinin qubernatoru Səid Haciyan “Bəsic”in komandiri Əbdul Hüseyn Mücədeminin öldürülməsini təsdiqləyib.
APA-nın Tehran bürosunun məlumatına görə, o bildirib ki, Ə. Mücədemi evinin qarşısında öldürülüb.
“Bəsic” komandirini qətlə yetirən şəxs və ya şəxslərin axtarışı aparılır.
Ə. Mücədemi “Bəsic”in Darxoin şəhəri üzrə komandiri olub.