Rusiya Dövlət Humanitar Universitetinin (RDHU) rektoru, tarix elmləri doktoru, professor, Rusiya-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Yefim Pivovar secki-2020.az saytına açıqlamasında Azərbaycanda parlament seçkilərinin demokratik və şəffaf mühitdə keçəcəyinə əminliyini ifadə edib.
O deyib: “Parlament seçkilərində layiqli namizədlərin qalib gələcəyinə inanıram. Bu seçkilərdə həm namizədlərə, həm də seçicilərə uğurlar arzulayıram”.
Azərbaycan-Rusiya münasibətlərindən də danışan Yefim Pivovar qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin inkişaf dinamikası ilbəil artır. “Bu, həm ölkələrimiz, həm də xalqlarımız arasında əlaqələrə müsbət təsir edir. Azərbaycan ilə Rusiya münasibətlərində bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr də yüksək səviyyədə qurulub. Əminəm ki, yeni tərkibli parlament də yüksək səviyyəli Rusiya-Azərbaycan münasibətlərinin inkişafına dəstək verəcək”.