Milli Məclisə seçkilərlə bağlı 5 milyon 238 min seçici qeydiyyatdan keçib və bu seçicilər 125 dairə üzrə paylaşılır.
Secki-2020.az saytının məlumatına əsasən, bu barədə bu gün keçirilən mətbuat konfransında Resurs Analitik İnformasiya mərkəzinin sədri Rasim Quliyev bildirib.
Sədr qeyd edib ki, müstəqillik dövrümüzdə keçirilən seçkilər bir daha Azərbaycanda seçki mədəniyyətinin formalaşdığını göstərir: “Bu illər ərzində keçirilən seçkilərdə olan seçici aktivliyi də bunun bariz nümunəsidir. Belə ki, 2005-ci ildə keçirilən seçkilərdə - 42 faiz, 2010-cu ildə - 46 faiz, 2015-ci ildə isə 55 faiz seçici aktivliyi müşahidə olunub"
R. Quliyev vurğulayıb ki, parlament seçkilərində iştirak edən namizədlərin 22,58 faizi qadınlardır: “Bu göstərici ilk dəfə rekord həddə qeydə alınır”.