Rustavi Şəhər Məhkəməsi Marneuli şəhərinin sabiq meri Temur Abazov və onunla birlikdə təqsirləndirilən 2 şəxs barəsində bəraət hökmü çıxarıb.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə T. Abazovun vəkili Qaqi Mosiaşvili məlumat verib.
Qeyd edək ki, Marneulinin sabiq meri T. Abazov 2018-ci il iyunun 12-də Marneuli sakini Elçin Allahverdiyevə qarşı alçaldıcı və qeyri-insani hərəkətlər etməsi ittihamı ilə həbs edilib. Rustavi Şəhər Məhkəməsi 7 ay sonra, 2019-cu ilin 13 dekabrında T. Abazovun girov müqabilində azadlığa buraxılması barədə qərar çıxarıb.