“Rusiya koronavirusla mübarizədə İrana kömək etməyə hazırdır”.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu bu gün Rusiya Xarici İşlər naziri Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zərifə telefon danışığı zamanı deyib.
Bundan başqa, XİN başçıları İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planını, Suriya münaqişəsini də müzakirə ediblər.