Azərbaycanda mobil rabitə operatorlarının şəbəkələrində mobil nömrələrin daşınması xidməti yanvarın ilk günlərində əlçatan olacaq.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
Onun sözlərinə görə, artıq mobil rabitə operatorları bu xidmətin işə salınmasına hazır olduqlarını bildiriblər: "Güman edirəm ki, bu xidmətin tətbiqi gələcəkdə bazarda rəqabətin güclənməsinə xidmət edəcək ki, bu da öz növbəsində mobil rabitə xidmətləri üzrə tariflərin azalmasına kömək edəcək".