OPEK+ ölkələrin bir sıra nazirləri neft bazarında cari proseslərin müzakirə olunduğu qeyri-rəsmi telekonfrans keçirib.
“Report” xəbər verir ki, bu barədə OPEK-dən bildirilib.
"OPEK-in və qeyri-OPEK ölkələrinin əməkdaşlıq haqqında bəyannamə imzalamış bir neçə naziri, neft bazarında cari dramatik vəziyyəti kollektiv müzakirə etmək üçün qeyri-rəsmi telekonfrans keçirdilər", - deyə təşkilatın “Twitter”dəki mikrobloqunda bildirilib.