|
|
|
|
Fövqəladə Hallar Nazirliyinin (FHN) şəxsi heyəti nazirliyin yaranmasının ildönümü, peşə bayramı münasibəti ilə Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.
APA-nın məlumatına görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Heydər Əliyevin məzarı önünə əklil, akademik Zərifə Əliyevanın məzarına gül dəstələri qoyub, ehtiramını bildirib.
Şəhidlərin məzarı da ziyarət olunub, “Əbədi məşəl” kompleksi qarşısına əklil qoyulub.