Məşhur bəstəkar Cavanşir Quliyev uzun müddətdir üzərində işlədiyi "Müşfiq ağıları" oratoriyasını bitirib.
525.az xəbər verir ki, bu barədə bəstəkar öz "Feysbuk" səhifəsində paylaşım edib:
"Nəhayət bitirdim! İllərlə içimdə bəsləyib yetişdirdiyim, hər şeyə rəğmən inadla yazmaq istədiyim “Müşfiq ağıları” orotoriyasını bitirdim!"
Bəstəkar, həmçinin qeyd edib ki, əsərin liberettosunun müəllifi Xalq şairi Sabir Rüstəmxanlıdır:
"Əsər bir saat səslənir. 13 hissədən ibarətdir – proloq, 6 ağı, 5 qaragüruh, epiloq. İfaçılar – böyük simfonik orkestr, böyük qarışıq xor. Solistlər – soprano, tenor, mezzo-soprano, bariton, qadın - xanəndə, təqdimatçı".
Cavanşir Quliyevin sözlərinə görə, oratoriya Müşfiqin acı taleyindən bəhs edir: "Onun faciəsi cəmiyyətə dərs olmadı - indi də insanlar ədalətsizliyə susurlar. Əsər bütün haqları pozulanlara həsr olunub, o cümlədən özümə..."
Cavid QƏDİR