|
|
|
|
Erməni-faşist işğalçıların təbliğat maşını da özlərinin zatı-kökü kimi xarabdır, çürükdür. Yaydıqları təbliğat materiallarının mütləq çoxluğunun yalan-böhtan olduğunu, "bir yerlərindən" uydurduqlarını anlayıb üzə çıxarmaq heç də çətin deyil. Bundan ötrü bizim dəqiq bildiyimiz, qəti əmin olduğumuz reallıqları necə təqdim etməyə çalışdıqlarına təmkinlə, soyuq başla diqqət eləmək kifayətdir.
Konkret olaraq, düşmənin "azərbaycanşünas" kimi qabağa verdiyi, Anjela Elibeqova deyilən, mutantlığı ad-familindən də bəlli bir məxluqənin bu günlərdə və niyəsə məhz gecənin bir aləmində sayıqladıqları ilə özümüzün gün kimi aydın gördüyümüz vəziyyəti tutuşduraq:
1-ci İDDİAda o deyir ki, müharibə qızışandan bəri guya "Azərbaycan cəmiyyətində kütləvi ruh düşkünlüyü, qorxu, depressiya, məyusluq hökm sürür!"
CAVABIMIZ: Var ki bizdə belə bir hal? Doğrudur ki bu? Adımız kimi dəqiq bilirik, ovcumuzun içi kimi aydın görürük ki, qətiyyən doğru deyil! Əksinə, müharibənin dayandırılma ehtimalının narahatlığını yaşamırıqmı hamılıqla?! Yaşayırıq. Onda qoy onlar eləcə sərsəmləsin, biz isə gülək və İŞİMİZdə olaq!
2-ci İDDİAda bildirir ki, Azərbaycanda guya itkiləri gizlətmək üçün şəhidlərimiz "hamıdan xəbərsiz, gecənin qaranlığında, heç kəsin iştirakı olmadan dəfn olunur, şəhid və yaralıların yaxınlarını cəmiyyətə tanıtmır, onları güclə susmağa məcbur edirlər".
CAVABIMIZ: Hətta pandemiya və hərbi vəziyyət dövründə belə, şəhidlərimizin dəfn mərasimlərinin necə izdihamlı keçirildiyini özümüz görmürükmü?! Bu barədə paylaşımlar, məlumatlar gözlərimizin önündədir axı! Yaralılarımıza göstərilən qayğı, onların həyatda qalması, müalicə və bərpası üçün görülən hərtərəfli tədbirlər, hər birinə dövlətin və cəmiyyətimizin bütün təbəqələrinin diqqəti, dəstəyi aşkar həqiqət deyilmi?!
3-cü İDDİADA sərsəmləyir ki, guya cəbhədə irəliləyiş olmadığı, Azərbaycan ordusu ağır vəziyyətə düşdüyü halda, "əhali üsyan etməsin deyə" Azərbaycan rəhbərliyi "hansısa hərbi uğurlar barədə uydurmalar yaydırır".
CAVABIMIZ: Görmürükmü, bilmirikmi ki, bu iddianın da çürük yalandan başqa bir şey olmadığını?! Yaxşı, deyək ki, ortada olan sayagəlməz aydın-aşkar videoları, döyüş bölgələrindən gələn, bir çox hallarda dost-tanışlarımızın, doğmalarımızın da şəxsən təsdiqlədikləri səhih bilgiləri hesaba almadıq. Bəs Ermənistanın siyasi və hərbi təmsilçiləri öz tökülmüş dillərilə demədilərmi ki, iyrənc ayaqlarını torpaqlarımızın bir qismindən "taktiki niyyətlə" geri qoyublar?! Özləri car çəkdilər və bu rüsvayçı bəhanəylə bizi xeyli güldürdülər axı!
4-cü İDDİAda sayıqlayır ki, guya "Azərbaycanda yalnız milli və etnik azlıqların övladları cəbhəyə göndərilir, ona görə də əhalinin həmin hissəsi müxtəlif yerlərdə dövlətə qarşı qalxır, qarışıqlıqlar, kütləvi iğtişaşlar törədir".
CAVABIMIZ: Hanı, ölkəmizin harasındadır o qarışıqlıqlar? Kim törədib o iğtişaşları? Belə düşük vızıltının təkzibi üçün vaxt, enerji sərf etməyimizə dəyməz ki! Bu səbəbdən də, belə sarsaq iddiada bulunan o idbar yalançının murdar ünvanına sadəcə istənilən cür lənət yağdırmaqda tam sərbəstik
O porsuqsifətlərin, siçanxislətlərin həm siyasi-hərbi, həm də insani-psixoloji məcrada daha neçə-neçə üfunətli yalanı var, hamılıqla bilirik, görürük. Bəzisini söz, bəzisini foto, bəzisini video kimi uydurub yaymaqla, imanımıza, inamımıza xələl gətirməyə çalışırlar. Ay özləri ölsünlər elə!
Hələ gözümüzün qabağında olan, az qala hər saat şahidlik etdiyimiz həqiqətlər barədə belə yalanlar düzüb-qoşurlarsa, onda düşünün ki, gözümüzdən bir az uzaq, sadə vətəndaşlarımız üçün nisbətən əlçatmaz sayılan məsələlər haqqında nə cəfəngiyyat uydururlar!
Bütün bunların pırsımış, cındırı çıxmış yalanlar olduğuna qətiyyən şübhəmiz yoxdursa, yağının ordan-burdan pilədiyi qalan uydurmaları da gərək dərhal və tərəddüdsüz rədd edək, əsla zehnimizə yaxın buraxmayaq!
Gərək ağlımızdan və duyğularımızdan muğayat olaq, gözlərimizi dörd açaq, heç nədən xofa, tərəddüdə qapılanlarımızı da ayıldıb dirçəldək ki, o kirli və kifli erməni-faşist yalanlarının biri də yel olub böyrümüzdən ötə, tükümüzü də tərpədə bilməsin!
Qələbə bizimdir! Qarabağ Azərbaycandır!