Özbəkistanın “kun.uz”, “Interpress.uz”, “azon.uz”, “xabar.uz”, “daryo.uz” portalları Şuşanın işğaldan azad olunması ilə bağlı özbək və rus dillərində məqalələr yayıb.
AZƏRTAC xəbər verir ki, məqalələrdə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətindən sitatlar verilib.
Həmçinin bildirilib ki, BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması ilə əlaqədar 4 qətnamə qəbul edib, BMT Baş Assambleyasının, Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, Avropa Parlamentinin qətnamələri, digər beynəlxalq təşkilatların qərar və qətnamələri də birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.
Məqalələrdə Dağlıq Qarabağın, o cümlədən Şuşanın tarixi haqqında ətraflı məlumat verilir.