F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Elmi-metodika şöbəsinin hazırladığı vəsait nasir, tərcüməçi, publisist, əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Ələviyyə Babayevanın 100 illik yubileyi münasibətilə mərkəzi kitabxanaların uşaq şöbələri, MKS-nin şəhər, qəsəbə, kənd kitabxana filialları, məktəblər üçün nəzərdə tutulmuşdur.
525.az xəbər verir ki, vəsait iki hissədən ibarətdir. I hissə yazıçının həyat və yaradıcılığından bəhs edir “Zərif duyğular tərənnümçüsü” adlanır. II hissə isə “Yüksək vüsətli romanlar müəllifi” adlanır.
İstifadəçilər, vəsaitin II hissəsində yubiley münasibətilə təşkil olunacaq kitab sərgisi, oxucu konfransı, şeir və rəsm müsabiqəsi, kitab müzakirəsi, bədii qiraət, ədəbi bədii gecə və digər tədbirlər haqqında da məlumat əldə edəcəklər.