Ukraynada ən çox izlənilən "112", "ZIK" və "NewsOne" kimi xəbər kanallarını Rusiya üçün təbliğat apardıqları iddiası ilə yayımına qadağa qoyulub.
525.az xəbər verir ki, Prezident Vladimir Zelenski ifadə azadlığını dəstəklədiklərini, ancaq təcavüzkar ölkənin maliyyələşdirdiyi təbliğata güzəştə getməyəcəklərini söyləyib. Bununla da Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası doqquz televiziya kanalının yayımının dayandırılmasına qərar verib.
Qeyd edək ki, yayımları beş il müddətində dayandırılan 3 televiziya kanalı, "rusiyapərəst" olaraq bilinən Müxalifət Platforması partiyasından olan millət vəkili Taras Kozaka aiddir.
El Roman