|
|
|
|
Ali Məhkəmədə “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi kassasiya şikayətinə baxılıb.
525.az APA-ya istinadən xəbər verir ki, iclasda qərar elan edilib.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib, qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.
Daha sonra Bakı Apelyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.