https://525.az/img/pics/medium/2024-05/313020_gbs2ijit41.jpg "Öpüş" - ​​​​​​​"Bir rəsmin dedikləri"
https://525.az/img/pics/medium/2024-05/312988_fjdm479f4t.jpg Dünya mətbuatının Qarabağ mövzusuna baxışı
https://525.az/img/pics/medium/2023-01/254306_1w7hj89oq4.jpg DAĞLAR, ÇAYLAR, AĞACLAR, ÇİÇƏKLƏR KİMİ SAF - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2024-05/312959_5jwodb5ftj.png "Keçmiş tələbələrimiz bu gün auditoriyaya müəllim kimi daxil olurlar"
search
8 May 2024

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə ilə bitdi

Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə ilə bitdi

Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü - “Meltvater” turnirinin üçüncü yarış günündə Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov həlledici görüşlərini keçirirlər.

525.az xəbər verir ki, turnirin 13-cü turunda Azərbaycan derbisi baş tutub. Maraqlı idman mübarizəsində keçən Şəhriyar Məmmədyarov - Teymur Rəcəbov qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Ş.Məmmədyarov on birinci tur çərçivəsində rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşmada məğlub olsa da, sonrakı turda onun həmyerlisi Sergey Karyakinə qalib gəlib. Son iki turda Ş.Məmmədyarovun rəqibləri Argentina şahmatçısı Alan Piçot və amerikalı Uesli So olacaq.

Teymur Rəcəbov isə günün startına qələbə ilə başlayıb. İlk qarşılaşmada David Anton Quixarronu məğlub edən təmsilçimiz sonrakı oyunda isveçli Nils Qrandeliusla heç-heçə edib. Sonrakı iki turda onun rəqibləri Yan Nepomnyaşi və Sergey Karyakin olacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.