|
|
|
|
F.Köçərli adına Respublika Uşaq Kitabxanası clb.az internet ünvanı vasitəsi ilə “Cek Daha Qorxmur” adlı kitabın elektron variantını oxucuların istifadəsinə verdi.
525.az-a verilən məlumata görə, 6-10 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş kitab clb.az saytının Elektron kitablar bölməsinə yerləşdirilib.
Kitabın müəllifi İngiltərənin uşaq yazarı və illustratoru Sam Zuppardi, tərcüməçisi – Beynəlxalq Uşaq Kitabı Şurası (İBBY) İran milli bölməsinin əməkdaşı, yazıçı, tərcüməçi, uşaq ədəbiyyatı tədqiqatçısı Nəsim Yusefi, redaktoru isə - Azərbaycan Yazıçılar Birliyinin üzvü, uşaq yazarı Elvira Məmmədovadır.
Əsərdə Cek adlı bir uşağın ilk dəfə konsert verəcəyi günü səbirsizliklə gözlədiyi , amma, o əlamətdar gün haqqında düşündükcə uğursuz çıxış edəbiləcəyi ehtimalından həyacan və narahatlıq keçirdiyi daha sonra isə anasının dəstəyi ilə qorxusunun üstünə gedərək arzu və məqsədlərinin ardıyca getməsindən bəhs olunur.