Azərbaycan Fotoqrafları Birliyinin üzvü, müstəqil fotojurnalist Sadıq Əliverdibəyli "35 awards" tərəfindən təşkil edilən beynəlxalq fotomüsabiqədə iştirak edib.
525.az xəbər verir ki, 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayına qədər davam edən fotomüsabiqədə azərbaycanlı fotoqrafın çəkdiyi foto "Planetin mədəni yerləri (Cultural landmarks of the planet)" nominasiyası üzrə 12-ci pillədə qərarlaşıb. Həmin pilləni fotoqraf “Təzəpir” məscidinin fotosu ilə qazanıb.
Qeyd edək ki, müsabiqəyə ümumilikdə 115 ölkədən 5658 fotoqraf 15914 foto ilə qatılıb.