Almaniya ölkədəki dövlət qurumlarından Feysbuk səhifələrini bağlamalarını istəyib.Səbəb kimi isə istifadəçi məlumatlarının lazımi səviyyədə qorunmaması və hesabların təhdid altında olması göstərilib.
525.az xəbər veri ki, keçən ay "istifadəçi məlumatlarının lazımi səviyyədə qorunmadığı" səbəbi ilə vatsapın istifadəçi məlumatlarından istifadəsini qadağan edən Almaniya indi Feysbuka qarşı yeni bir qərar verib. Almaniyanın Federal Məlumatlarının Qorunması Komissarı U.Kelber bütün nazirliklərə və yüksək səviyyəli dövlət idarələrinə aid feysbuk hesablarının təhdid altında olduğunu qeyd edib və ilin sonuna qədər Feysbuk səhifələrini bağlamalarını istəyib.
Sözügedən hesabların ilin sonuna qədər bağlanması lazım olduğunu deyən Kelber, bağlanılmasa, yanvar ayından etibarən yeni tədbirlər görüləcəyini sözlərinə əlavə edib.