ABŞ-nin keçmiş Prezidenti Donald Trampın Ağ Evi tərk etməsindən sonra ABŞ mediasına diqqət azalıb.
525.az xəbər verir ki, araşdırmalara görə, sağ media əvvəlki 6 aya nisbətən 44 faiz, sol media isə 27 faiz reytinq itirib.Trampın gedişindən sonra xəbərlərə marağın azaldığı və ideoloji müxalifətə əsaslanan yayım anlayışının böyük bir eniş yaşadığı bildirilib.
Eyni zamanda “New York Times”, “Wall Street Journal”, “USA Today” və “Reuters” daxil olmaqla əsas xəbər mənbələri də 18 faiz reytinq itirib.