525.az xəbər verir ki, qəbul edilmiş qərarla yalnız Səudiyyə Ərəbistanı vətəndaşları və burada yaşayan əcnəbilər ziyarət edə biləcəklər. Həmçinin namizədlər 5 il ərzində Həccə getməmiş şəxslər olmalıdır. 18-65 yaş arası ziyarət etmək istəyən şəxslər isə vaksinasiya olunmalıdır.
Həcc və Ümrə Nazirliyi ziyarətin başlanması hazırlıqların davam etdiyini açıqlayıb. Nazirlik bu il ciddi koronavirus tədbirlərinin görülməsini elan edib. Tədbirlər çərçivəsində insanların təmasını minimuma endirmək, insanlara Zəm-zəm suyunu paylamaq, müqəddəs yerləri təmizləmək üçün robotlar və süni intellektdən istifadə olunacaq.Belə ki, Həcc ziyarətçilərinə təmizlənmiş Zəm-zəm suyu robotlar və yüksək texnologiya ilə quraşdırılmış ağıllı maşınlar vasitəsilə paylanacaq.
Nadir Yalçın